Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1609/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan **-EB-*** dövlət qeydiyyat nişanlı “X2 509 CDİ Avtobus” markalı maşınına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə 50 AZN cərimə edilmişdir. Bildirir ki, o vergi ödəcəyisidir. O, ********** saylı eyniləşdirmə nömrəsi ilə vergi orqanının qarşısında mükəlləfiyyətli sərnişin daşıma xidməti həyata keçirir. Hər ay dövlət büdcəsinə vaxtlı-vaxtında vergi ödəyir. O, sərnişin daşıma xidməti göstərir. Qeyd olunanlara əsasən hesab edir ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı qanunsuz hesab edilməklə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq da bildirdi ki, o, heç zaman taksi fəaliyyəti ilə məşğul olmamışdır. O, həm sifariş həm də müqavilə əsasında sahibliyində olan sərnişin avtobusu ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Taksi ilə sərnişin daşıma qaydaları onları ona aid deyildir. Demək olar ki, o, yalnız sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Şikayətində qeyd etdiyi kimi, vergi ödəyicisidir və göstərdiyi fəaliyyətlə bağlı olaraq Dövlət Vergi Xidmətində qeydiyyatda olmaqla, vergiləri ödəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, X3 **-EB-*** dövlət qeydiyyat nişanlı “X2 509 CDİ Avtobus” markalı nəqliyyat vasitəsi ilə BDYPİ 016/a-216 icazəsi əsasında 20+1 yerli avtobusla sərnişin daşıma fəaliyyəti göstərə bilər. İş materiallarında olan çıxarışdan görünür ki, X3 oğlu AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsinə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə-qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Qərarı qəbul etmiş şəxs bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. İş materiallarında olan sənədlər vasitəsi ilə inzibati xəta hadisəsinin olub-olmaması dəqiq müəyyən edilmir. Həmin faktın araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, Adil Əbilov ümumiyyətlə AR İXM-nin 322.0.2ci maddəsinə nəzərdə tutulmuş fəaliyyətlə məşğul olmur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” də görünür ki, A.Əbilovun 20+1 yerli avtobus istifadə etmək hüququ vardır və buna görə qanunvericiliklə müəyyən edilmiş vergi ödəyir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilərək yenidən araşdırılma aparılması üçün Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılma aparılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1609/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1609/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver