Məhkəmə qərarları › İş №3(060)-1609/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1609/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1609/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ28603848 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ28603848 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin EQ 28603848 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə mülkiyyətində olan “DAF XF 105.460 YÜK” markalı, **-SL-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Səngəcal qəsəbəsi, Bakı istiqamətində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət vermişdir və nəticə əldə olunmamışdır. O bildirmişdir ki, iri qabaritli yük maşını ilə yükdaşıma fəaliyyətini həyata keçirir. Ona yazılmış cəriməni qanunsuz və əsassız hesab edir. Çünki uzun müddətdir bu fəaliyyəti həyata keçirir və yükdaşıma qaydaları ilə tanışdır. Ona məlumdur ki, avtomobilin yük ilə birgə çəkisi 40 tonu keçə bilməz. Cərimə edildiyi tarixdə avtomobilini yük ilə birgə çəkisi 40.000 kq olmuşdur. Bununla bağlı sənədi şikayətə əlavə etmişdir. Həmçinin bildirir ki, yola çıxmamışdan əvvəl avtomobil yüklərin qəbulu məntəqəsində rəsmi lisenziyası olan tərəzilərdə ölçülür. Ona görə də onun kütlə parametrlərini aşmağı mümkün deyil. Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə təqdim etdiyi ərizə ilə şikayət ilə əlaqədar məhkəmənin icraatında olan materialın baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ28603848 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar