Məhkəmə qərarları › İş №3(060)-1610/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1610/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1610/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş EQ 28783618 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 28783618 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında Tural Mirzəyev məhkəməyə ərizə təqdim edərək ərizəsinin məhkəmədə araşdırılmasına zərurət qalmadığını, bu səbəbdən özü tərəfindən verilmiş şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən orqan AR DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə nəzərə alınmalı və şikayət ərizəsi geri qaytarılmalıdır. İş materialında olan DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 28783618 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Tural Mirzəyev İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə olunmuşdur. İXM-nin 128.1-ci maddəsinə əsasə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Tural Mirzəyevin şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən verilmiş EQ 28783618 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar