Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1613/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə ünvan 1 ünvanlarında xx.xx.2023-cü il tarixdə saat 14:40-da X9 və digər 3 (üç) nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, həmin 3 nəfər əməkdaş barədə əmək müqaviləsi bildirişi sistemə daxil olunmuşdur, Nail Əkbərovla bağlı isə təqsir MMCnin deyildir, sistemdə nasazlıq olduğundan elektron imzalamaq mümkün olmamışdır. MMC tərəfindən 4 nəfər barədə elektron bildiriş sistemdə mövcud olmuşdur, MMC-yə elektron bildiriş göndərilməməsi həmin işçilərin işə başlamasına əngəl deyildir. Tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş AR ƏƏSMN yanında X5 Xidmətinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2015-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, X9 Şəxs MMC-də əmək müqaviləsi bağlanmaqla daşdüzəldən fəhlə, X7 daşdüzəldən fəhlə, X4 bənna, X2 bənna vəzifələrində işə götürülmüşlər. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” əldə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyekti "xxxx" MMC olmaqla, orada 4 nəfər əməkdaşın əmək müqaviləsi və ya mülki hüquqi müqavilə bağlanmadan işləməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin yanında X5 Xidmətinin Sumqayıt Şəhər Məhkəməsinə e-mail vasitəsilə göndərmiş sənədlərdəki məlumatlardan görünür ki, X9, X7, X4 və X2 barələrində əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə, saat 14:31, 14:32, 14:33 və 14:45-də imzalanmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin yanında X5 Xidmətinin Sumqayıt Şəhər Məhkəməsinə e-mail vasitəsilə göndərmiş olduğu İzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında xx.xx.2023-cü il tarixli 3-17/1-14073Ə2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin “Build Production MMC-nin direktoru X10 barəsində inzibati tənbehvermə haqqında 25 may 2023cü il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar ilə təsdiq edilir. Bu səbəbdən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək müqaviləsi üzrə işəgötürənin vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. Azərbaycan Respublikası İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9, X7, X4 və X1 Məhdud Məsuliyyətli Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş və nəticədə inzibati xəta törətmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. Qanunvericiliyin tələbinə əsasən işçi istər sınaq müddəti, istərsə sınaq müddəti tətbiq edilmədən işə qəbul edildikdə onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. Bundan sonra işçi əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına başlaya bilər. Lakin Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə işəgötürən arasında əmək müqaviləsi bağlanılmamış, qüvvəyə minməmiş onlar işə cəlb edilmişlər. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş çəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs kimi məsuliyyətə cəlb edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 128-130cu maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1613/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1613/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver