Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1615/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X4 Telman oğlunun Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X4 Telman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, TP 456928 saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məmmədli Namiq Telman oğlu xx.xx.2022-ci il tarixli “61” nömrəli marşrutda olan zaman Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşı, sahə inspektoru X1 yaxınlaşaraq avtobusu tərk etməsi üçün göstəriş vermiş, o da polisin qanuni tələbinə tabe olaraq polis əməkdaşı ilə birlikdə marşrutu tərk etmişdir. Bundan sonra polis əməkdaşı E.Tağıyev ona marşrutda maska taxmadığını və buna görə də onu cərimə etməli olduğunu bildirmişdir. O isə polis əməkdaşına tibbi maskadan istifadə ediyini bildirmiş və onu nəyə çölə çağırmasının səbəbini soruşmuşdur. Bundan sonra isə polis əməkdaşı onun maskadan düzgün qaydada istifadə etməməsini bəhanə edərək onun barəsində protokol tərtib etmişdir. O isə protokolla razılaşmamış, polis əməkdaşına protokolun əsassız olduğunu bildirmiş və protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra isə həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, TP 456928 saylı inziati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin o qərardan narazıdır, çünki o həmin zaman tibbi maskadan istifadə etmişdir, bunu marşrutlarda olan kameralarla da sübut etmək mümkündür. Odur ki, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, TP 456928 saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayətçi Məmmədli Namiq Telman oğlu və Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, vətəndaş protokolda narazı qaldığı təqdirdə hər hansı əlavə araşdırma aparılmadan vətəndaşı dəvət etmədənqərar qəbul edilmişdir. Həmçinin iş materiallarında olan Məmmədli Namiq Telman oğlu tərəfindən Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə ünvvanlanmış 04 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim edilməmişdir, bu səbəbdən o qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Bunlarla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla həyata keçirilmişdir. Bu səbəbdən də Məhkəmə hazırki iş üzrə mövcud iş materiallarına əsasən yekun nəticəyə gələ bilmir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsiə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Məmmədli Namiq Telman oğlunun şikayəti qismət təmin edilməli, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədli Namiq Telman oğlunun şikayəti qismən təmin edilsin. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən Məmmədli Namiq Telman oğlu barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1615/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1615/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver