Məhkəmə qərarları › İş №3(060)-1616/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1616/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1616/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və "xxxx" ASC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt MMC-də sürücü işləyən, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan(FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2091299 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-737/2025 nömrəli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6913/2021 nömrəli, xx.xx.2016-cı il tarixli 2(060)-16560/16 nömrəli, xx.xx.2024 tarixli 2(060)4895/2024 nömrəli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(105)-737/2025 nömrəli icra sənədinə əsasən borclu xx.xx.2015-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X13 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün minumum əmək haqqının 0,45 misli miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan başqa, barəsində icraat aparılan şəxsin hazırda "xxxx" QSC-yə 318,4 manat, "xxxx" QSC-yə 1534 ABŞ dolları, ABC Telekom MMC-yə 1589,16 manat məbləğində icra sənədi üzrə icra edilməyən borcu vardır. Həmçinin, icra edilməyən aliment borcu 2806 manat məbləğindədir. Onun əmək haqqına borc ödənişləri yönəldilsə də, ayın müəyyən günləri işləmədiyi üçün tutmalar mütəmadi olaraq həyata keçirilməmişdir. O, borcundan qismən ödənişlər etsə də, borc üzrə tam ödənişlər həyata keçirilməmişdir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun bağlanması üçün hər ay 500 manat ödəyəcəyini bildirsə də, sonradan dediyinə əməl etməmiş, alimentin azaldılması üçün apellyasiya məhkəməsinə müraciət etmişdir. Barəsində icraat aparılan şəxs bu günədək 1 ay 300 manat, 2 ay isə 360 manat olmaqla, cəmi 3 ay ödəniş etmişdir. Təxminən 2 ildir ki uşaqlarla birlikdə anası və atasının yanında kirayədə yaşayır və uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. O, aliment ödənişini tam şəkildə tələb etdiyini, borc ödənilmədiyi təqdirdə borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi X7 bildirmişdir ki, barəsində icraat aparılan şəxs "xxxx" ASC-dən kredit götürmüş və kredit ödənişlərini vaxtında ödəmədiyindən onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri qəbul edilərək icraya yönəldilmişdir. Borc məbləğindən 1397,85 ABŞ dolları kompensasiya edilərək silinmişdir. Barəsində icraat aparılan şəxs Şəxs 1534 ABŞ dolları məbləğində qalıq borcu vardır. Hazırda 1500 manat ödəyərsə, borc məbləğinin tam şəkildə bağlanması barədə razılığa gəlmək mümkündür. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanunauyğun qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, o, məhkəmə prosesləri getdiyi üçün aliment ödənişlərini etməmişdir. Lakin, uşaqların qida və geyim xərcləri onun tərəfindən qarşılanmışdır. Maddi cəhətdən imkanı olmadığından icra sənədlərini icra edə bilmədiyini, "xxxx" ASC-yə olan borcun ödənilməsi ilə bağlı 1500 manat məbləğində pul ödəməyə imkanı olmadığını, onun əmək haqqından ABC Telecom MMC və "xxxx" QSC-nin icra sənədi üzrə pul tutulduğunu bildirmişdir. Aylıq alimenti və 40 manat da əlavə olmaqla aybaay 400 manat ödəməklə aliment borcunu bağlayacağını, digər borcları isə hissə-hissə ödəyəcəyini bildirmiş və məhkəmədən protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, barəsində icraat aparılan şəxs aylıq alimenti ödəyir, digər borclarını isə hissə-hissə ödəyə bilər. Məhkəmədən protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs borclu qismində cəlb edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-737/2025 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6913/2021 nömrəli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)16560/2016 nömrəli, Sumqayıt şəhər Məhkəməsinin 16.08 2024-cü il tarixli 2(060)4895/2024 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-737/2025 nömrəli icra sənədinə əsasən borclu xx.xx.2015-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X13 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün minimum əmək haqqının 0,45 misli miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-737/2025 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Sumaqyıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-16560/2016 nömrəli məhkəmə əmrinə əsasən Şəxs əsas borc üzrə 3078,41 ABŞ dolları, faiz borcu 717,46 ABŞ dolları, cəmi 3795.87 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumu kreditor "xxxx" ASC-nin xeyrinə məcburi qaydada tutulmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2016-cı il tarixli icra icraatına başlamaq haqqında qərarı ilə Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(060)-16560 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6913/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan üçün 171,7 (yüz yetmiş bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Tozsoran PANASONİC, Ətçəkən Kenwood üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1335 (min üç yüz otuz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, ümumilikdə 1971,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödəməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərar ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6913/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4895/2024 nömrəli icra sənədinə əsasən Şəxs əsas məbləğ üzrə 277 manat, cərimə üzrə 10 manat məbləğində cəmi 288 manat, 30 manat və 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərar ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4895/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-737/2025 nömrəli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6913/2021 nömrəli, xx.xx.2016-cı il tarixli 2(060)-16560/16 nömrəli, xx.xx.2024 tarixli 2(060)4895/2024 nömrəli icra sənədləri icra edilməmişdir. Barəsində icraat aparılan şəxs ödənişləri tam həyata keçirmədiyi üçün hazırda "xxxx" QSC-yə 318.4 manat, "xxxx" QSC-yə 1534 ABŞ dolları, ABC Telekom MMC-yə 1589.16 manat, Zərərçəkmiş şəxs 2806 manat borcu yaranmışdır. Borclu maddi çətinliyi olduğu üçün icra sənədlərini tam icra edə bilməyəcəyini, aylıq alimenti və 40 manat da əlavə olmaqla aybaay 400 manat ödəməklə aliment borcunu bağlayacağını, digər borcları isə hissə-hissə ödəyəcəyini bildirmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarların əmlak mənafelərini və icra sənədlərinin icra olunmamasının tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:35-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:35-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar