Məhkəmə qərarları › İş №3(060)-1619/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1619/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1619/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Siyəzən rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 30.04.2021ci il tarixdə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmişş əxsin nümayəndəsi Məhkəmə iclasında çıxış edən şikayətçi X2 izahatında bildirdi ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarla 100 manat cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, o, “xxxx” ASC-yə məxsus UAZ315195035 minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ondan başqa digər 2 əməkdaş maşında olmuşdur. Hər üçü maskadan istifadə etmişdir. Yalnız özü 1 dəqiqəlik maskanı aşağı salaraq su içmişdir. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xətaya dair iş materiallarından görünür ki, X3 həqiqətən də idarə etdiyi ** AA *** dövlət qeydiyyat nişanlı avtomobildə daha 2 nəfər şəxslə birlikdə olarkən maskanı çıxardaraq bununla da epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozmuşdur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Siyəzən rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Siyəzən rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Siyəzən rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Siyəzən rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 21.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar