Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1619/2023 25.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X4, iştirakları ilə xx.xx.1978-ci ildə Xaçmaz rayonu, çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Siyəzən, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Stansiya, fərdi yaşayış evi ünvanında yaşayan (fin: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində, Sumqayıt şəhəri, St.Stansiya, fərdi yaşayış evinin həyətində bacısı qızı İlhamə Kərimovanı döyərək xəsarət yetirmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisi Rəşad Cəfərov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, heç bir yerdə işləmir və müxtəlif vaxtlarda spirtli içki qəbul edir. Onun yaşamağa evi olmadığı üçün Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yaşayan bacısı X2 dəvəti ilə onun evinə gedir. Sərxoş vəziyyətdə olarkən bacısı qızı X5 ilə aralarında mübahisələr yaranır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 11:10 radələrində o, sərxoş vəziyyətdə bacısı Naxışgildə olan zaman İlhamə ilə aralarında mübahisə yaranmış və İlhamə onu nalayiq söyüşlərlə söymüşdür. O, əsəbiləşib İlhaməyə daş atmış, amma daş ona dəyməmişdir. İlhamə ondan DİN-in «102» Xidmətinə zəng vuraraq şikayət etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs onun dayısıdır. Şəxs içkili halda onlara gələrək o və anası ilə mübahisə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11:10 radələrində yenə də Hilal onlara gələrək onunla mübahisə etmiş, ona tərəf cummuş, onu vurmaq istəmiş, sonda isə daşla vuraraq ona xəsarət yetirmişdir. O, Hilalın bu hərəkətlərindən DİN-in “102” Xidmətinə zəng vuraraq məlumat vermiş, bunu eşidən Hilal oradan uzaqlaşmışdır. Qeyd olunanların nəzərə alınmasını və Şəxs həbs edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan MTE-nın xx.xx.2023-cü il tarixli, 949 saylı rəyindən görünür ki, X1 bədənində sol diz oynağının qançırı xəsarəti vardır. Bu xəsarət küt əşya təsirindən törənmişdir, müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü ildə tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/1065 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində aparılan yoxlama zamanı Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuş, bu gün məhkəməyə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə tərəfindən Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İnzibati həbsin əvvəli onun tutulduğu 24 iyun 2023-cü il tarixdən, saat 22:00-dan hesablanmalıdır. . İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şimal Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X6 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 18 (on səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 iyun 2023-cü il, saat 22:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1619/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1619/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver