Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1622/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində ictimai qaydanı pozaraq xuliqanlıq etməsi, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 3-cü PB-nin polis sahə rəisi polis kapitanı Rüstəm Fərəcov tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs gənc olmasını, əməlindən peşman olmasını nəzərə alaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək izahatında göstərdi ki, onun sürücülük vəsiqəsi olmasa da təxminən bir ildir ki, dostuna məxsus “Mercedes C200” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 15 iyul 2024-cü il tarixdə, saat 19:20 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində hərəkətdə olan zaman yol polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan nəqliyyat vasitəsinə dair sənədləri tələb etmiş, həmçinin maşında olan digər nöqsanları ona bildirmişlər. O, sürücülük vəsiqəsinin olmadığını, nəqliyyat vasitəsini dostuna məxsus olduğunu bildirmişdir. Yol polis əməkdaşları avtomaşının duracağa təmin edilməli olduğunu bildirsələrdə də, bundan sonra yol polis əməkdaşları ilə arasında mübahisə yaranmış, polis əməkdaşları ondan ad və soyasını soruşsalar da söyləməkdən imtina etmiş, əsəbi olduğundan ucadan qışqıraraq nalayiq ifadələr işlətmişdir. Daha sonra hadisə yerinə PPX xidməti əməkdaşları çağrılmış, onu aidiyyəti üzrə 3-cü PB-ə aparmışlar. Əməlindən peşmandır, təqsirini etiraf edir, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjatı X3 izahatında bildirdi ki, 15 iyul 2024-cü il tarixdə, saat 19 radələrində postaçı yoldaşı Vüsal Abbasov ilə xidmətdə olan zaman Sumqayıt şəhəri, “Bakı” küçəsi ərazisində “Mercedes C200” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün manevr qaydalarını pozduğunu görərək saxla əmri vermiş, həmin nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini 41-ci məhəllə ərazisində saxlamışdır. Həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusu törətdiyini izah etmiş, ondan sənədlərini tələb etmişlər. Həmin vaxt sürücü sənədlərini təqdim etməmişdir. O, sürücüdən ad soyadını soruşsa da yenə də sürücü onlara həmin məlumatları verməmiş, ucadan qışqırmağa başlamışdır. O, dəfələrlə sürücüdən ad soyadını bildirməsini tələb etsə də sürücünü ona məhəl qoymamışdır. Buna görə də hadisə yerinə PPX əməkdaşlarını çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjatı X2 da şahid Asim Sədiyev ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjatı X3 3-cü PB-nin rəhbərliyinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs öz əməlini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində ünvansız nalayiq ifadələr işlədərək, səs-küy salmış ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində onu nizam-intizama dəvət etmək istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi kapitanı Rüstəm Fərəcovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən normaları ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnn barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasını, nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün mümkündür, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 34.3-cü maddəsinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdəki tutma protokolundan görünür ki, Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 19:50də tutulmuş, 16 iyul 2024-cü il tarixdə saat 10:00 dəqiqədə azad edilmişdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən xx.xx.2024-cü il tarixdə saat 19:50-də tutularaq, xx.xx.2024-cü il tarixə, saat 10:00-dək saxlanması nəzərə alınsın və onun üzərində 150 (bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1622/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1622/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver