Məhkəmə qərarları › İş №3(060)-1624/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1624/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1624/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı S. Qəhrəmanovun Zərəçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2025-ci il tarixində saat 09:40 radələrində qonşusu Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadələr işlətmiş və xırda xuliqanlıq etmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, 30 may 2025-ci il tarixində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən binada yaşayan Şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, nəticədə Şəxs nalayiq ifadələr işlədərək sonuncunu təhqir etmiş, beləlklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Vətəndaş barəsində protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. Protokolu müdafiə edir və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 1 aydır ki, aşağı mərtəbəyə 49-cu mənzilə Könül adlı qadın köçmüşdür. Könül həmin ünvana köçdükdən sonra ona və digər qonşulara narahatlıq yaratmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrindən aşağı mərtəbədən qonşunun divara zərbələr vurduğunu, nəticədə səs yarandığını eşitmişdir. Saat 09:20 radələrində yaşadıqları binada yaranmış səs-küyə kimin səbəb olması ilə bağlı mübahisə yaranmış, daha sonra Könül səs-küy salanın balasının ölümü ilə bağlı bəddua edərək, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra əsəblərini cilovlaya bilməmiş, yaşadığı evdən döşəmə silən taxtanı götürərərk qonşusunun pəncərəsinə vurmuşdur. Taxtanı onun pəncərəsinə vurduğu zaman Könülün mənzilinin pəncərəsinin şüşəsi sınmışdır. Aralarında yaranmış mübahisədə qonşusunun şəxsinə nalayiq ifadələr işləməsini etiraf edir. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərarın qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında zərəzçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanı 2025-ci ilin mart ayında almış, xx.xx.2025-ci il tarixdən isə həmin ünvana köçmüşdür. Hazırda həmin ünvanda anası X1 ilə birlikdə yaşayır. Həmin ünvana köçdükdən sonra üst mərtəbədə yaşayan qonşu ilə aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb də üst mərtəbədə yaşayan qonşunun eyvandan asdığı paltarların üzərinə xalça çırpması olmuşdur. Buna görə də, o, həmin qonşuya irad bildirmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında üst mərtəbədə yaşayan Zaur adlı qonşu evin döşəməsində hərəkət etmiş, aşağıya səs-küy gəlmişdir. Bundan sonra o, əli ilə divara vuraraq həmin qonşunun sakit dayanmasını tələb etmişdir. Lakin nəticə olmamışdır. Hadisə günü saat 09:20 radələrində yaşadığı ünvanda olduğu zaman eyvanın pəncərəsindən qonşuları Rasim və Zaur adlı şəxslərin onun haqqında danışdığına, eləcə də onun şəxsinə nalayiq ifadələr işlətməsinə şahid olmuşdur. Onların bu hərəkətinə irad bildirdikdən sonra aralarında mübahisə böyümüş, Zaur döşəmə silən taxta ilən onun evinin pəncərə şüşəsini sındırmışdır. Daha sonra onun şəxsinə nalayiq ifadələr işlətməyə davam etmişdir. Baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”-la baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 4cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov Sumqayıt ŞPİ-nin rəisinə müraciət etmişdir. Məhkəmə iclasında 01 ədəd DVD diskdə olan səs yazısı dinlənilərkən Şəxsnın həqiqətən də uca səslə qonşusu Zərərçəkmiş şəxs şəxsinə nalayiq ifadələr işlədərək sonuncunu təhqir etməsi, beləliklə ictimai qaydanı pozması eləcə də pəncərənin şüşəsini sındırması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi, zərərçkmiş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsnın İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi olaraq etirafedici izahatı, iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 09:40 radələrində qonşusu Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadələr işlətməklə hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxsnın əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən işin hallarını, əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün yetərlidir, bu səbəbdən təqsirli bilindiyi maddənin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar