Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1625/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 Qərardan şikayət verən şəxs X1 müdafiəçisi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Yaşar Həsənov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə AR 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri İnzibati Xəta haqqında MN ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Protokolda Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən ona məxsus "Yaşar" restoranında aparılan monitorinq zamanı restoranın tüstü bacasında təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin normadan artıq olduğu göstərilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərara əsasən, "Yaşar" restoranın vəzifəli şəxsi kimi o, AR İXM-nin 233.1-ci maddəsinə əsasən, 2500 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmayıb, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanılmışdır. Bildirir ki, hal-hazırki, dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Qərarla razı deyildir. Belə ki, 4 saylı Regional Ekologiya və X6 əməkdaşları restoranda olarkən həmin qurğu artıq orada olmuş, sonuncu texniki quraşdırma işləri aparılmışdır. Həmin əməkdaşlar da bunun şahidi olsalar da, qərəzli şəkildə və müəyyən maraqlar naminə onu cərimə edəcəklərini bildirmişlər. O, həmin əməkdaşlara etiraz etsə də, tətbiq olunan cərimənin əsassız olduğunu bildirsə də, onlar qeyd olunan protokolu tətbiq etmişlər. O, həmin protokolla razılaşmayaraq imza etməkdən imtina etmişdir. Çünki cərimənin mahiyyəti belə ictimai iaşə obyektlərini ətraf mühiti korlamamaq üçün tədbirlər görülməsinə vadar etməkdir. Onun tərəfindən isə həmin tədbirlər görülmüşdür. O, həmin qurğunun alınmasını və yerləşdirməsini təmin etmişdir. Lakin müəyyən maraqlara xidmət edən idarənin əməkdaşları onu cərimə etməkdən çəkinməmişdilər. Məhkəmə iclasında Yaşar Həsənovun müdafiəçisi Nümayəndə şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar inzibati xətalar qanunvericiliyinin tələbləri ilə üst-üstə düşmür. Belə ki, 4 saylı ETSN əməkdaşları tərəfindən yoxlama aparılan zaman qurğu obyektin içərisində olsa da, quraşdırılma işləri aparılmamışdır. Bildirir ki, həmin qurğunun quraşdırılması da müəyyən zaman kəsiyində mövcud olur. Yoxlama aparıldıqdan bir müddət sonra qurğu quraşdırılmış, bu barədə 4 saylı ETSN-ə hesabat da təqdim edilmişdir. Hesab edir ki, “Yaşar” restoranının rəhbərliyi tərəfindən bu məsələyə etinasız yanaşma halı mövcud olsa idi, qurğu nə alınmazdı nə də quraşdırlmazdı. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən vəkil Nümayəndə verilən suallara cavab olaraq bildirmişdir ki, “Yaşar” restoranı uzun müddətdir ki, fəaliyyət göstərir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Yaşar” restoranınında aparılan monitorinq zamanı tüstü bacasından təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu faktı aşkar edilmişdir. Həmin vaxt AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq 19 may 2024-cü il tarixli, 001876 saylı akt tərtib edilmiş, foto-şəkillər çəkilmiş, həmin vaxt Yaşar Həsənov şəxsən orada olsa da aktı imzalamaqdan imtina etmişdir. 03 iyun 2024-cü il tarixdə Yaşar Həsənov barəsində İXM-nin 233.1 və 237.1-ci maddələri ilə protokol tərtib edilmiş, daha sonra həmin tarixdə inzibati xəta haqqında iş üzrə icraata baxılması barədə qərardad qəbul edlmişdir. İnzibati xəta haqqında işə baxılması 14 iyun 2024-cü il tarixə, saat 11:30-a təyin edilmiş, həmin bildiriş 13 iyun 2024-cü il tarixdə Nərmin Həsənova adlı şəxs tərəfindən qəbul edilmişdir. 14 iyun 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilmişdir. Bildirir ki, ölçmə cihazı xx.xx.2023-cü il tarixdə yoxlamadan keçmişdir. Qeyd edir ki, vəzifəli şəxs Yaşar Həsənov barəsində idarə tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Taleh Əzizov əlavə olaraq bildirmişdir ki, yoxlama aparıldıqdan sonra təmizləyici qurğunun quraşdırılması vəzifəli şəxsin yalnız İXM-nin 541-ci maddəsi ilə inzibati məsuliyyətini istinsa edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 19 may 2024-cü il tarixdə AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Yaşar” restoranınında yoxlama keçirilmiş, yoxlama zamanı tüstü bacasından təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu - 8.9 mq/m3 (norma 5.0 mq/m3) faktı aşkar edilmişdir. Bu barədə 19 may 2024-cü il tarixli, 001876 saylı akt tərtib edilmiş, həmin akt yoxlayıcılar Elcan Yunuszadə, İlkin Telmanlı və Elvin Səlimov tərəfindən imzalanmış, restoranın nümayəndəsi Yaşar Həsənov aktı imzalamaqdan imtina etmişdir. Bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. 03 iyun 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Yaşar” restoranınında yoxlama keçirilmiş, yoxlama zamanı tüstü bacasından təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu faktı aşkar edilməsi səbəbindən Yaşar Həsənov barəsində İXM-nin 233.1 və 237.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitəninin tipi Ankat-64M3-03, markal qaz analizatoru, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarix-xx.xx.2023-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli “inzibati xətalar haqqında işlər üzrə” bildirişdən görünür ki, ünvan 1 ünvanında yaşayan X2 barəsində olan inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmiş, həmin bildiriş Nərmin Həsənova (yoldaşı) tərəfindən şəxsən qəbul edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş çıxarışda X1 VÖEN ********** nömrə ilə qeydiyyatdan keçdiyi məlum olmuşdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında Yaşar Həsənovun müdafiəçisi Nümayəndə dolayısı yolla etiraf edərək yoxlama aparılan zaman təmizləyici qurğunun olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təmizləyici qurğunun obyektin içərəsində olması vəzifəli şəxsin inzibati məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, “Yaşar” restoranı davamlı olaraq fəaliyyət göstərir, restoranının tüstü bacasından atmosferə zəhərli maddələr axıdılır. Qeyd etmək lazmdır ki, vəzifəli şəxs Yaşar Həsəovun yoxlama aparıldıqdan sonra restoranının tüstü bacasına təmizləyici qurğunun quraşdırılması sadəcə məsuliyyətini yüngülləşdirmək üçün atılmış addım kimi qiymətləndirilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Yaşar Həsənovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1625/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1625/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver