Məhkəmə qərarları › İş №3(060)-1628/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1628/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1628/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2091302 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(008)-4887/2024 saylı icra sənədini üzrə üzürlü səbəbdən bir il ərzində icra etmədiyinə görə 4850 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4887/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2011ci il tarixdə doğulmuş X11, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanılaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2011-ci il tarixdə doğulmuş X11, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdan başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra İdarəsinin icraatına daxil olmuş, bu barədə cavabdeh şəxsə lazımi qaydada məlumat verilmiş və onun ünvanına bildiriş göndərilmişdir. Sonuncu dəfə borclu tərəfindən 450 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixdə yaranmış aliment borcu ilə bağlı Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol təyin olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, nəticədə sonuncuya məhkəmə tərəfindən 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan sonra barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmiş və borclu məhkəmənin qərarı ilə 1000 cərimə edilmişdir. Həmin müddətdən bu vaxtadək 1400 manat ödəniş edilmiş və hal-hazırda Şəxs iddiaçıya 3550 manat məbləğində aliment borcu yaranmışdır. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda 3550 manat borcu vardır. Hər ay aliment ödənişi edir və bundan sonra da hər ay hissə-hissə ödənişlər etməyə davam edəcəkdir. Ümumi borcu tam olaraq bağlaya bilmir. Mütəmadi ödənişlərini edəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs (iş üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs bütün bu proseslərdən məlumatlı olmuş və özü də şəxsən iştirak etmişdir. Borclu ödəniş etməkdə maraqlı deyildir. Borc məbləğini tam olaraq ödənilməsini tələb edir. Uşaqlarını atıb getmiş və onlarla maraqlanmamışdır. Göstərilən halların nəzərə alınmasını və əgər tam ödəniş etmirsə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi X8 bildirdi ki, borclu icra sənədindən aprel ayından etibarən məlumatlı olmuşdur. Həmin aydan etibarən isə 450, 450, 400 və 1000 manat olmaqla ödənişlər etmişdir. Borclu icra sənədindən gec məlumatlı olmuş və bu səbəbdən sözügedən borc məbləği toplanmışdır. Borclu 2200 manatdan artıq etmiş və ödənişləri etməkdən yayınmır. Bundan sonra da ödənişlərini davam etdirəcəkdir. Məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4887/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2011ci il tarixdə doğulmuş X11, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanılaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2011-ci il tarixdə doğulmuş X11, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdan başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 997/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan olan qəbzlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025ci il tarixdə 400 manat olmaqla ümumillikdə 2300 manat tələbkara ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi tarixdən hal-hazıradək aliment öhdəliyini yerinə yetirmiş, bundan əvvəl inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş aliment borcundan da qismən ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və İXM-nin 528.1-1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta müəyyən edilməmişdir. Belə ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi olan tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, borclunun icra sənədini inzibati tənbeh aldıqdan sonra qərəzli olaraq icra etməməsi, hazırda borclunun qazancının ya və əmlak vəziyyətinin mövcudluğu işdən müəyyən edilmir. Məhkəmə hesab edir ki, qanunvericiliyin məqsədi hər bir halda borclu şəxsi cəzalandırmaq deyil, onun icra sənədi üzrə müəyyən edilmiş borcunun vaxtında ödənilməsini təmin etmək və bunun üçün borcluya zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar