Məhkəmə qərarları › İş №3(060)-163/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-163/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-163/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Malbinəsi Ərazi Dairəsi, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində “Mercedes Benz E270 CDİ minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1, sərnişinlər Zərərçəkmiş şəxs2 və azyaşlı övladı X1 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, hadisə nəticəsində özü və azyaşlı oğlu xəsarət almışdır. Hazırda heç bir şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Mersedes Benz E270» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, “Mercedes Benz E270” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş Şəxs idarə etdiyi avtomobillə məlum yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42- ci maddəsinin 1-ci və 5-ci hissələrinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, keçirilmiş məhəkəmə tibbi ekspertizanın 2044 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində “sağ diz nağının baldırın yuxarı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların kinlik fonunda əziyi-qançırı, sol dizin qançır və sıyrıqları” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə və sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarından görünür ki, keçirilmiş məhəkəmə tibbi ekspertizanın 2044 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində “sağ dizin hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sağ dirsəyin qançırı” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarından görünür ki, keçirilmiş məhəkəmə tibbi ekspertizanın 2042 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən X3 bədəni üzərində “alnın sol yarısının sol gözətrafı nahiyyəni tutan qançırı, gözün ağlı qişasına qansızma” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar