Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1634/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:40 radələrində Yaşıl dərə bağları ərazisində Şəxs bir neçə su borusunu kəsərək İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 04:40 radələrində Yaşıl dərə bağları ərazisində Şəxs bir neçə su borusunu kəsərək İXMnin 232-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 12 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti əməli törədən şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Həmin qərar əsasında tərəfindən protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun qonşusudur. Müşfiq neçə ildir ki, burada olmamış, ötən ilin iyul ayında gəlmişdir. Gəldikdə suları kəsmişdir. Qonşularla yığışıb yenidən suyu düzəltdirmişlər. Müşfiq barəsində araşdırma aparılıb hökm çıxan günü o, səhər saatlarında gələrək onların su xətlərini kəsib gedən zaman onu görmüşdür. Bu barədə məhkəməyə də bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, həmin ərazidə su xəttini onun atası çəkmişdir. Buna görə o, su idarəsinə də şikayət etmişdir. Həmin gün o, su xəttini kəsməmişdir, zərərçəkmiş şəxs yalan ifadə verir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Aytac İnşaat pərakəndə və topdansatış mağazası tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 15 ədəd 25 MM-lik olan plastik su borularının kranları hər birinin qiyməti 8 manat olmaqla ümumilikdə 120 manat və ümumi uzunluğu 25 metr 25 MM-lik plastik su borusunun hazırki bazar qiyməti 1 metr üçün 1,20 manat olmaqla ümumilikdə 30 manat təşkil edir. Beləliklə qeyd edilən 15 ədəd 25 MM-lik olan plastik su borularının kranları və ümumi uzunluğu 25 metr 25 MM-lik plastik su borusunun hazır ki bazar dəyəri ümumilikdə 150 (bir yüz əlli) manat təşkil edir. Qiymətləndirmə hal-hazırda olan bazar qiymətlərinə uyğun hesablanmışdır. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 12 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti əməli törədən şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, vurulmuş ziyanın bir misli, yəni 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1634/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1634/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver