Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1636/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis mayoru X3, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qubadlı rayonu, Aş Mollu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü X2 Zöhrab Əfqan oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində DYPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, qəsdən polisin tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 bildirdi ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli raport əsasında araşdırma aparılaraq İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində DYPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, qəsdən polisin tələblərinə tabe olmamışdır. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat yol polis əməkdaşlarının göstərişinə əsasən saxlamışdır. Yoxlama zamanı YPX əməkdaşları ona onun barəsində protokol tərtib etmələrini və bundan sonra avtomobilini saxlanca qəbul etmələrini bildirmişdir. Lakin o buna əsəbiləşmiş, bildirmişdir ki, cəriməsini yazsınlar, ödənişini etsin. Bundan sonra YPX əməkdaşları PPX əməkdaşlarını çağırmışlar və onu bölməyə aparmışlar. O polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 2027 çağırışlı avtopatrulda postaçı yoldaşı, polis leytenantı Ramil Malıyev ilə birgə xidmər aparan zaman Sülh və Heydər Əliyev küçələrinin kəsişməsində “VAZ 2107” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinində kustar üsulla hazırlanmış pərdə aşkar etdikləri üçün tərəflərindən saxlanılmışdır. Əlavə olaraq nəöqliyyat vasitəsində arxa yayların aşağı olduğu aşkarlanmışdır. Həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, maşını saxlamalarını tələb etməsinin səbəblərini izah etmiş və həmin sürücü ilə birlikdə cərimə meydançasına getmişlər. Cərimə meydançasının qarşısında həmin maşından dərhal düşərək sağ ayağını təkərin altına qoyaraq maşını içəri salmalarına maneə yaratmışdır. Bu zaman yaşlı bir vətəndaş onlara yaxınlaşaraq yeksək səslə sürücünün valideynı olduğunu bildirmiş, maşını cərimə meydançasına yerləşdirmələrinə mane olmuş və açarları sındırmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyün polis nəfəri X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə polis baş serjantı Paşa Fərəcov ilə birlikdə təxmiən 18:40 radələrində 17 saylı marşrutda xidmət apararkən Çinar 5-in göstərişi əsasında DYPİ-nə köməyə göndərilmişlər. Orada 2 nəfər vətəndaşın X7 göstərişlərinə tabesizlik göstərməsi bildirilmişdir. Onlar da həmin vətəndaşları aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılmasını təmin etmişlər. Bölmədə olan zaman məlum olmuşdur ki, həmin vətəndaşlar : 1) xx.xx.1999-cu il təvəllüdlü Şəxs; 2)xx.xx.1972-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan X1r. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş raportlardan görünür ki, avtomobilin arxa yaylarında kostruksiya dəyişikliyi şübhəsi olduğundan, həmin şübhənin yerində aradan qaldırılması mümkün olmadığından, polis əməkdaşları haqlı olaraq avtomobilin müayinə edilməsi üçün xüsusi ayırlmış yerə aparılacağını vətəndaşa bildirmiş, lakin Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:45-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 16:00-da isə azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən nəzərə alınaraq 150,00 (bir yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1636/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1636/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver