Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1638/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28593338 nömrəli protokol əsasında qəbul edilmiş qərarından şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları tərəfindən onun adına yazılmış EQ 28593338 nömrəli protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X2 şikayətində xx.xx.2025-ci il tarixli EQ 28593338 nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surəti şikayətə əlavə edilməmişdir. Bununla da onun barəsində həqiqətən də inzibati tənbeh tətbiq etmə barədə qərarın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, şikayətin baxılmağa hazırlanma mərhələsində işin icraata qəbul edilib-edilməməsi məsələsi araşdırılaraq həll edilir. İndiki halda bu mərhələdə qərarın olub-olmamasını müəyyən etmədən işin icraata qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması müəyyən edilmədiyi üçün şikayət geri qaytarılmalı, həmin tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28593338 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə qərardan şikayət etmək hüququnun olması şikayət verən şəxsə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1638/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1638/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver