Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1639/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs - İsmayılov Aqşin Rüfət oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 17, mənzil 50-də yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Vətəndaş Şəxs barəsində 30 aprel 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 28.04.2021-ci il tarixdə saat 18:55 radələrində 18-ci mikrorayon “OBA” marketdə 27,80 manat dəyərində ərzaq məhsulları oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs - X6 məhkəmə iclasında bildirdi ki, vətəndaş Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, sonuncu barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərar 1-ci PBnə göndərilmişdir. Buna görə də həmin fakt əsasında Şəxs barəsində 30 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs 28.04.2021-ci il tarixdə saat 18:55 radələrində 18-ci mikrorayon “Oba” marketdə 27,80 manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 28.04.2021-ci il tarixdə saat 18.50 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “OBA” marketə alış-veriş üçün getmiş, alışveriş edən zaman ehtiyacı olduğu üçün vitrindən 1 ədəd 1 kq-lıq Vest-Gold kərə yağı və şokoladlar olan vitrindən isə 7 ədəd “AlpenGold” şokoladını götürüb əynində olan gödəkçənin içərisinə qoymuş və 2 ədəd günəbaxan tumu götürüb kassaya yaxınlaşmışdır. Tumun pulunu kassaya ödəmiş və gödəkçəsinin içərisinə qoyduğu yağ və şokoladın pulunu ödəmədən marketdən çıxıb getmişdir. Marketdən 5-10 metr kənarlaşdıqdan sonra marketdən olan 1 nəfər şəxs onu çağırmış və marketdən oğurluq etdiyini ona bildirmişdir. O, marketdən oğurladığı 7 edəd şokolad və 1 ədəd 1 kq-lıq kərə yağını onlara vermiş, həmin şəxs polis əməkdaşlarını həmin yerə çağırmış və onu polis əməkdaşlarına təhvil vermişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “OBA” marketdə müdir müavini vəzifəsində işləyir. 28.04.2021-ci il tarixdə işlədiyi marketdə olarkən bir nəfər müştəri qismində içəri daxil olan şəxsin 1 ədəd 1 kq-lıq 15.90 manat olan VestGold kərə yağını və hər birinin qiyməti 1.70 manat olan 7 ədəd AlpenGold şokoladını oğurladığı onun tərəfindən müəyyən edilmiş, həmin şəxsi saxlayıb mağazaya polis əməkdaşlarını dəvət etmişdir. Məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində marketə ümumilikdə 27.80 manat (iyirmi yeddi manat, səksən qəpik) dəyərində maddi ziyan dəymişdir. Hazırda marketə dəymiş ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, inzibati xəta nəticəsində dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 Məhkəmə iclas zalında təqdim etdiyi 30.04.2021-ci il tarixli ərizəsindən görünür ki, “OBA” marketə dəymiş maddi ziyan ödənilmişdir. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Məhkəmə iclas zalında təqdim etdiyi 30.04.2021-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə özünü təqsirli bilir, oğurluq etdiyi “OBA” marketə dəymiş maddi ziyan ödənilmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, vətəndaş Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, sonuncu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərar 1-ci PBnə göndərilmişdir. Buna görə də Şəxs barəsində 30 aprel 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 28.04.2021-ci il tarixdə saat 18:55 radələrində 18-ci mikrorayon “OBA” marketdə 27,80 manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1639/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1639/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver