Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-164/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, İXP6772649 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd etmişdir ki, o, “Kia Sorento” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü Sumqayıt şəhərinin çıxışı istiqamətində təxminən 20-30 km sürətlə hərəkətdə olan zaman “Azpetrol YDM”-nin yaxınlığında yolvermə üçün nəzərdə tutulmuş hissədə dayanaraq soldan gələn avtomobilin gəlib-gəlməməsinə baxan “Opel Astra” minik markalı avtomobilin sürücüsünün hərəkətə başladığını düşündüyündən avtomobili hərəkətə gətirmiş, bu zaman həmin avtomobil hərəkət etmədiyindən ehtiyatsızlıqdan həmin avtomobilin arxa hissəsinə dəymişdir. Daha sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verilmiş və polis əməkdaşları gəlmişlər. “Opel Astra” minik markalı avtomobildə azyaşlı uşaq olduğunu görmüş və uşağın əməliyyat edildiyi ona məlum olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs MRT aparatına salmaq üçün həkimə aparmış, müayinə nəticəsində səhhətinin qaydasında olduğu məlum olmuşdur. X2 ilə polisə getmişlər. O, orada da şikayətinin olmadığını bildirmişdir. Göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 bildirmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs şikayəti yoxdur. O, hadisədən sonra oğlu Zərərçəkmiş şəxsı həkimə aparmış, tibbi xərclərini ödəmişdir. Qərar qəbul edilərkən göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan öz etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, İXP6772649 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Kia Sorento” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti vurmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 22.11.24-cü il tarixdə Sumqayıt şəhər Uşaq xəstəxanasına müraciət edərkən onun bədəni üzərində aşağıdakı xəsarət olmuşdur: QKBT.Baş beyin silkələnməsi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər Uşaq xəstəxanasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni 22.11.24-cü il tarixdə YNH-si əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:20 radələrində o idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü Sumqayıt şəhərinin çıxışı istiqamətində təxminən 20-30 km sürətlə hərəkətdə olan zaman “Azpetrol YDM”in yaxınlığında yolvermə üçün nəzərdə tutulmuş hissədə dayanaraq soldan gələn avtomobillərin gəlib-gəlmədiyinə baxaraq hərəkətə başlayan anda qarşısında dayanaraq onun kimi soldan gələn avtomobillərin gəlib-gəlmədiyinə baxan “Opel Astra” markalı avtomobilin sürücüsünün hərəkətə başladığını düşündüyündən avtomobili hərəkətə gətirmişdir. Bu zaman isə həmin avtomobil hərəkət etmədiyindən o, ehtiyatsızlıqdan avtomobilinin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin zərəçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin şikayəti nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-164/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-164/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver