Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1643/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 20 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində olarkən üzərində narkotik vasitə olan marixuana gəzdirmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Lakin 20 iyun 2022-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmiş, bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasından keçirilməsi barədə rəy iş materialına əlavə edilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 20 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana, yəni Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1643/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1643/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver