Məhkəmə qərarları › İş №3(060)-1643/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1643/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1643/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.3 və 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Nuranə Məmmədova şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 21428088 saylı, 21428088 il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nuranə Məmmədova şikayətini onunla əsaslandırmışdır ki, onun əri “Rent a Car” işlətmiş, bu səbəbdən onun mülkiyyətində təxminən 4-5 ədəd avtomobil olmuşdur. “Kia Optima” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 29 may 2024-cü il tarixdə o idarə etməmiş, sadəcə nəqliyyat vasitəsi onun adına olduğu üçün bütün cərimələr onun adına gəlmişdir. Həmin nəqliyyat vasitələri yol vərəqəsi əsasında digər şəxslərə verilmişdir. O, ümumiyyətlə Sumqayıt şəhərində heç vaxt olmamışdır. Barəsində bu kateqoriyadan bir neçə iş olduğundan sürücülük hüququ məhdudlaşdırılmışdır. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Nuranə Məmmədovanın şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-nin 332.3-cü maddəsinə görə Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd (üç) yüz manat məbləğində cərimə edilir Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Nuranə Məmmədovanın qeyd olunan avtomobilə dair digər şəxslərə etibarnamə verdiyi halda həmin şəxslər müəyyən edilərək, İdarəyə dəvət edilərək izahatları alınmamış, qeyd olunan avtomobili hal hazırda idarə edib etmədikləri araşdırılmamışdır. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qanunamüvafiq araşdırma aparılmadan, səthi araşdırma nəticəsində qəbul edilmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21428088 saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar