Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1644/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının, Barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, X1 şəhəri, 9-cu mikrorayon, 59A saylı binanın qarşısında yerləşən “Hədiyyələr” mağazasının ön hissəsində 10 santimetr diametrli bir ədəd qarağac ağacını kök boğazdan kəsərək məhv etmişdir. Nəticədə X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi Mübariz Vəliyev tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarda Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59A saylı binanın qarşısında yerləşən “Hədiyyələr” mağazasının ön hissəsində 10 sm dimametrində bir ədəd qarağac ağacının kök boğazdan kəsilərək məhv edilməsi qeyd edilmişdir. “Hədiyyələr” mağazası 52 saylı binanın qarşısında yerləşir. Həmin mağazanın ona heç bir aidiyyatı yoxdur. Həmin mağazanın idarə edilməsi etibarnamə ilə Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan X2 həvalə edilmişdir. Həmin ağacın onun tərəfindən kəsilməsi barədə həmin orqanda hər hansı sübut növü yoxdur. Kəsmədiyi ağaca görə onun Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunması əsassızdır. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı şikayətin təmin edilməməsini xahiş etdi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilənləri təsdiq etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X8 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X11 əməkdaşları tərəfindən inzibati tənbeh vermə haqqında qərarda göstərilən əraziyə baxış keçirilən zaman o, həmin ərazidə olmamışdır, həmin ağacı o kəcməmişdir, kimin kəsdiyini bilmir, ağacı onun kəsməsi barədə heç bir sübut yoxdur. Ona görə də şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 əməkdaşları tərəfindən tərtib edilmiş 59841 saylı, xx xxx 2020ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı binanın qarşı küçəsindəki ərazidə “Yaşıllığın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyəti ilə bağlı xidməti ərazidə aparılan reyd zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı binanın qarşısında yerləşən “Hədiyyələr” mağazasının ön hissəsindəki ərazidə köküstə, yaş halında ağacın gövdəsinin yerdən 2,5 metr hündürlükdən boy artımına dayandırılmayacaq dərəcədə zədə vurulmuş, 10,0 sm diametrliyində 1 (bir) ədəd qarağac ağacının kökboğazından kəsilərək məhv edilməsi faktı müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ərazidə yerləşən qarağac ağacının mühafizəsinin təmin olunması məqsədi ilə idarə tərəfindən “Hədiyyələr” mağazasının sahibi X6 icra üçün verilmiş xx.xx.2019-cu il tarixli, icra müddəti daimi olan məcburi göstərişdə qoyulmuş tələbə də əməl olunmamışdır. Bununla da mağazanın sahibi X8 tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinin, “Yaşıllığın mühafizəsi haqqında” Qanunun 10 və 13.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 göndərilməlidir. Qərarın tərtibi zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X9 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. Tənbeh vermə haqqında qərarda “Hədiyyələr” mağazasının Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59A saylı binanın qarşısında yerləşməsi göstərilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 əməkdaşları tərəfindən tərtib edilmiş aktda həmin mağazanın Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı binanın qarşısında yerləşməsi göstərilmişdir. İnzibati xəta haqqında iş materiallarına həmin inzibati xəta hadisəsinin baş verməsi, yəni həmin ağacın kəsilməsi, məhz X8 tərəfindən kəsilməsi faktını təsdiq edən sübut əlavə edilməmişdir. Hal-hazırda həmin halların, həmçinin X8 tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X10ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X11 rəisi X4 inzibati xəta haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1644/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1644/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver