Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1644/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis mayoru X2, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndi, fərdi evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci X3 Əli Ehtiram oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 bildirdi ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli raport əsasında araşdırma aparılaraq İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi “Niva” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Sahil” restoranına getmiş, həmin restorana çatan zaman qonşusu və dostları olan Cavanşir və Pərvizi görmüşdür. O, tanışları ilə birlikdə yemək yemiş, daha sonra xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində restorandan çıxan zaman o öz maşınına, tanışları da onlara məxsus olan “Opel Astra” markalı avtomobilə əyləşərək restoranı tərk etmişlər. O, Novxanı qəsəbəsi, Sahil küçəsi ilə hərkətdə olan zaman YPX əməkdaşları onu saxlamışlar, o maşını saxlayıb, maşından düşmüşdür. Polis əməkdaşları ondan lazımi sənədləri təqdim etməyini bildirmiş, o isə polis əməkdaşlarına həmin sənədləri kompyuter vasitəsi ilə yoxlamalarını bildirmişdir. Polis əməkdaşları onun sənədlərini yoxlayan zaman tanışları Pərviz və Cavanşir YPX əməkdaşları ilə əsassız mübahisələr etmiş, səs-küy salaraq ətrafın diqqətini özlərinə çəkmişlər. Cavanşir isə işkili vəziyyətdə olduğundan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Sonra onlar onun avtomobilini həmin yerdən uzaqlaşdırmışlar, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəldikdən sonra atası tərəfindən həmin şəxslərə zəng olunmuş və onlar avtomobilinin yeri barədə məlumat vermişlər. Həmin şəxsləri yaxından tanımır, soyad və ata adlarını, harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi, protokol tərtib etmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-ti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Sahil küçəsində saat 00:40 radələrində xidmət apararkən “Niva” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfləridən konstruksiya dəyişikliyi edildiyi üçün saxlanılmışdır. Polis əməkdaşı sürücüyə yaxınlaşıb, ona özünü təqdim etmiş, sənəndləri təqdim etməsini bildirmişdir. Sənədlər yoxlanılarkən sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Sürücü qayda pozuntusunu səmimi etiraf etmiş və maşını yeni aldığını bildirmişdir. Onlar sürücüyə pozuntunu yerində aradan qaldıra bilmədiyi halda avtomobili duracağa yerləşdirməli olduqlarını bildirmişlər. Bu zaman sürücünün dostları kimi təqdim edən 4 nəfər şəxs yaxınlaşmış və özlərini qazi kimi təqdim etmişlər. Onlar polis əməkdaşlarına avtomobili qanunsuz olaraq buraxmalarını bildirmiş, lakin polis əməkdaşları onlara qanunvericiliyin tələblərini izah etmişlər. Həmin zaman həmin vətəndaşlar və sürücü aqressivlik göstərərək mübahisə etməyə çalışmışlar. Polis əməkdaşları vətəndaşları dəfələrlə nizam-inzitama dəvət etsələr də sürücü və dostları qəsdən qanunun tələblərinə tabe olmamışlar. Həmin zaman sürücünün dostlarından biri intizamsızlıqdan istifadə edərək həmin nəqliyyat vasitəsini hadisə yerindən qaçırmışdır. Polis əməkdaşı avtomobilin arxası ilə sayrışan işıqlarla və xüsusi səs siqnalları ilə dəfələrlə işarə versə də, vətəndaşlar polisin qanuni tələblərinə əməl etməmişlər. Digər dostları isə polis əməkdaşlarının qarşısını kəsərək, polis əməkdaşlarının şərəf və ləyaqətini alçaldaraq, onlara qarşı küçə söyüşləri söyərək müxtəlif istiqamətlərə qaçmışlar. Daha sonra polis əməkdaşları sürücünü sakitləşdirmiş, PPX-dən kömək çağıraraq həmin sürücünü Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Pİ-nin PPTX-nin İİ bölüyünün polis nəfəri, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə 33 saylı marşrutda 9182 saylı çağırışlı avtopatrulda polis serjantı Bababəyli Adilpaşa ilə birlikdə xidmət aparmışlar. Təxminən saat 01:10 radələrində 2040 çağırışlı YPX-lərdən biri Novxanı dairəsinə köməyə çağırmışdır və onlar dərhal həmin ünvana yaxınlaşmışlar. Bir nəfər vətəndaş YPX-ı əməkdaşlarına tabesizlik edib, onların qanuni tələblərinə məhəl qoymadığı üçün həmin vətəndaş onlar tərəfindən İ PB-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da isə azad edilmişdir. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi Şəxs məxsus “Niva” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi bağlı DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, xətanın yerində aradan qaldırılması mümükün olmadığından avtomobilin xüsusi dayanacağa aparılacağından xəbərdar olmuş sürücü və deməsinə görə adları ona məlum olmayan tanışları polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, avtomobili hadisə yerindən yayındırmışlar. Məhkəmə Şəxs izahatına qiymət verərək hesab edir ki, sonuncunun izahatı özünümüdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Belə ki, deməsinə görə onun tanımadığı şəxslər tərəfindən polis əməkdaşlarına vəzifələrinin icrasına əngəl yaradaraq avtomobilin cərimə meydançasına aparılmasına maneə törətmələri inandırcı deyil və sonradan barəsində protokol tərtib edən şəxsin atasının zəngi ilə avtomobilin yerinin bildirmələri özü-özlüyündə Şəxs iradəsinə uyğun hərəkət etmələri və protokolun əsaslı olaraq tərtib olunmasını sübuta yetirir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xəta törətmiş şəxsin əvvəllər oxşar inzibati xətaya görə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.1-4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən nəzərə alınaraq 150,00 (bir yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayonu üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1644/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1644/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver