Məhkəmə qərarları › İş №3(060)-1645/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1645/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1645/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(060)-1645/2023 saylı qərarı ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, X3 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 6, mənzil 28 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(060)-1645/2023 saylı qərarı ilə razılaşmayan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2023-cü il tarixli, 3(060)-1645/2023 saylı qərarının ləğv edilməsini və Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(060)-1645/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, icra məmuru inzibati tənbehvermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən İXM-nin 528.1-ci maddəsilə 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən İXM-nin tələbləri pozulmuş, bu nöqsan nəzərdən qaçırılmış, iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan yekun qərar qəbul edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərtib edilmiş protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünün şəxsi işi olmuş, sonradan ziyan etdiyindən zərərə düşmüşdür. Tələbkarı şəxsən tanımır, qayını vasitəsilə tanımışdır. Ona 10000 manat pul lazım olmuşdur. Qəbzə qol çəksə də pul ona verilməmişdir. Daha sonra məhkə qətnaməsi çıxmış və borc onun əməkhaqqından hər ay tutulmuşdur. Daha sonra işdən çıxmış, həyat yoldaşı vəfat etmişdir. Buna görə də ödəniş edə bilməmişdir. Hazırda da işləyir, 350 manat əməkhaqqı alır və hər ay əməkhaqqının 200 manat tutulma olur. Himayəsində 4 uşağı vardır və onlara tək baxır. Dolanmaqda çətinlik çəkir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunu gəliri çoxdur, lakin yalan danışır. Onun da ehtiyacları vardır. Övladı ödənişli təhsil alır. Özü xəstədir. Pulunu tələb edir, əks halda ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarında göstərilənlərlə bağlı iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmişdir, daxil olmuş material natamamdır, bu natamamlığın məhkəmədə işə baxılarkən tamamlanması və göstərilən halların araşdırılması bu materiala baxılması hüdudlarında mümkün deyildir. Protokoldan və sənədlərdən borcun nə qədər qalması, hansı hissəsinin icra edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmək haqqına yönəldilib-yönəldilməməsi və digər hallar görünmür. Protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılanda müəyyən olunmuşdur. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.1, 106.0.3, 106.0.4, 106.0.5, 106.0.6 və 106.0.7-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasını onun səlahiyyətinə aidiyyatını, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmasını, işə baxılmasını yeri və vaxtı barəsində işdə iştirak edən şəxsin məlumatlandırılmasını, iş üzrə vəsatətlər və etiraz etmənin olması məsələlərini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 106, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 05 iyul 2023cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar