Məhkəmə qərarları › İş №3(060)-1647/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1647/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1647/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21830043 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21830043 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə şikayətə baxılmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermə müddəti ötürülmüşdür. Qeyd edilən qərardan şikayət verilmə müddəti qanunvericiliklə 20 gün müəyyən edilmiş, müvafiq qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, qərardan verilmiş şikayət isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur. 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən edilir ki, xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə müvafiq olaraq foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində qəbul edilmişdir. İndiki halda şikayətçi özü də qeyd edir ki, tənbeh qərarından məlumatlı olmuş, bununla bağlı Baş X5 İdarəsinə və Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə müraciət etmişdir. Yəni, şəxs elektron qaydada qərarın qəbul edilməsindən məlumatlı olmuşdur. Bu halda isə qərar sistemə vurulduğu andan (SMS məlumat çatdırıldığı və ya qərar elektron kabinetinə yerləşdirildiyi vaxtdan) Azərbaycan Respublikası İXM-nin 57.6-cı maddəsinə əsasən rəsmi qaydada çatdırılmış hesab edilməlidir. Elektron qaydada qəbul edilmiş qərar isə xx.xx.2024cü il tarixdə qəbul edilməklə Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. Bu baxımdan qərardan şikayət vermə müddəti də həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin buraxılmasına görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21830043 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar