Məhkəmə qərarları › İş №3(060)-1648/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1648/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1648/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati icraat aparılan X2 iştirakı ilə, DİN BDYPİ X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ X5 Şöbəsinin YPX inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 10:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində ona məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı Nissan markalı avtomobillə hərəkətdə olarkən Kimyaçılar qəsəbəsinin ərazisində ötmə manevri edib. Manevrə başladığı yol kəsiyində ayrıcı zolaq yoxdur və ya qırıq-qırıq xətlə işarələnib. Daha sonra düz xəttin başlanğıcında müvafiq zolağa qayıdıb. Hərəkətdə olduğu yolun başlanğıcında "ötmə qadağandır" işarəsi var lakin bu işarənin təsir dairəsi yol ayrıcına qədərdir və işarədən sonra 3-4 yol ayrıcı mövcuddur. Həmçinin ötmə etdiyi ərazidə və yuxarıda qeyd olunan istiqamətdə də yol qırıq-qırıq xətlərlə işarələnmişdir və ya ümumiyyətlə yolda xətt yoxdur. Yəni ötmə etdiyi yol kəsiyində ötməni qadağan edən müvafiq işarələnmə yoxdur. Lakin buna baxmayaraq 08.06.25 tarixində ona inzibati xəta haqda EQ 28429541 nömrəli protokol üzrə 100 (bir yüz) manat cərimə olunduğu haqda SMS bildiriş gəlib. Yolda hər hansı nişanlanma ( zolaq ayrıcı xətt) olmadığı təqdirdə ötmə və ya yandan keçmənin nəyə görə qadağan olunmasın anlaya bilmir. Yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın əsassız və qanunazidd olduğunu hesab edir. xx.xx.2025-ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, o, qeyd olunan ünvanda inzibati xəta törətməmişdir. Kimyaçılar qəsəbəsinin ərazisində ötmə manevri edib. Manevrə başladığı yol kəsiyində ayrıcı zolaq yoxdur və ya qırıq-qırıq xətlə işarələnib. Daha sonra düz xəttin başlanğıcında müvafiq zolağa qayıdıb. Hərəkətdə olduğu yolun başlanğıcında "ötmə qadağandır" işarəsi var, lakin bu işarənin təsir dairəsi yol ayrıcına qədərdir və işarədən sonra 3-4 yol ayrıcı mövcuddur. Həmçinin ötmə etdiyi ərazidə və yuxarıda qeyd olunan istiqamətdə də yol qırıq-qırıq xətlərlə işarələnmişdir və ya ümumiyyətlə yolda xətt yoxdur(ərazinin fotoları və videosu şikayətə əlavə olunub). Yəni ötmə etdiyi yol kəsiyində ötməni qadağan edən müvafiq işarələnmə yoxdur. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, təhlükəsiz şəhər kamerasında qeydə alınmış fotoşəkildə Nissan markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ötmə əməliyyatını həyata keçirdiyi aşkar görünür. Lakin həmin fotoşəkildə ötməni qadağan edən yol nişanları və ya nişanlama xətlərinin olubolmamasını müəyyən etmək mümkün deyil. Şikayətçi tərəfindən təqdim edilmiş həmin ərazinin videogörüntüsündə yol nişanının (hansı yol nişanı olması məlum deyil) olması görünsə də, həmin ərazidə yol nişanından sonra bir neçə yol ayrıcı da mövcuddur. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar da düzgün tərtib olunmamışdır. Belə ki, qərar elektron qərar (EQ) kimi qeydə alınsa da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçinin dediyinə görə inzibati xəta hadisəsi Sumqayıt şəhəri Səməd Vurğun küçəsində baş verməsinə baxmayaraq, qərarda hadisə yeri “SÜLH” küçəsi olaraq qeyd edilmişdir. Həmçinin, şikayətçi tərəfindən təqdim edilmiş kamera görüntüsündə və qərarda xüsusi texniki vasitənin göstəriciləri də qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 122-ci maddəsinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası aşağıdakı kimi tənzimlənmişdir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X1nə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X1nin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir. 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli EQ 28429541 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar