Məhkəmə qərarları › İş №3(060)-165/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-165/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-165/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyiilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun Vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 16 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 800,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona icraata başlama haqqında qərar və bildiriş rəsmi qaydada təqdim edilmişdir. İcra vərəqəsinin icra etməməsinin səbəbi kimi qeyd etmişdir ki, maddi imkanı olmadığında qeyd olunan borcu ödəyə bilməmişdir, lakin qısa müddət ərizdə hissəhissə ödənişlər edəcəyini bildirmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən o, İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 800,00 manat məbləğində cərimə inzibati tənbeh növündə tətbiq edilmişdir. Cərimənin ödəməməsinin səbəbi kimi bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir, işsiz olması səbəbindən qeyd olunan borcu ödəyə bilməmişdir, lakin qısa müddət ərizdə hissə-hissə ödənişlər edəcəyini bildirdi. Qeyd olunanların nəzərə alınmasını ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 529.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildiriş borclu Şəxs xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli borcludan icra sənədi ilə bağlı izahat alınmışdır. İş materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 800,00 manat məbləğində cərimə inzibati tənbeh növündə tətbiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 800,00 manat məbləğində cərimə inzibati tənbeh növündə tətbiq edilmişdir. Şəxs, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməli və həmin tənbeh növü gün ərzində dörd saatdan çox olmayaraq, üzərinə həmin ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra etməməsinə görə İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan həmin qərarın icrasına xitam verilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İXM-nin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində Elektron nəzarət vasitəsi tətbiq edilməklə 240 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra etməməsinə görə İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan 3(060)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın icrasına xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Şəxs qızının göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar