Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-165/2025 07.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin polis polkovnik-leytenantı X1 tərəfindən EQ 24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə 400 manat məbləğində cərimə olunmuşdur. İnzibati xətanın baş verdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 13:06-da “Kia Sportage minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etməmişdir. Bu fakt xüsusi texniki vasitələrin köməyi ilə əldə olunmuş video və foto material ilə də təsdiq olunur. Qeyd olunan inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmamışdır. Bu barədə avtomobilin mülkiyyətçisi tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunsa da, müraciətə müsbət cavab gəlməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “KİA SPORTAGE minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə emək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində X3 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 328.1-ci və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də X3 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi tərərfindən təqdim edilmiş video görüntüyə baxış keçirilmiş və xx.xx.2024-cü il tarixdə saat 13:06 radələrində “KİA SPORTAGE minik” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin X2 xarici görünüşünə (bədən quruluşuna) uyğun olmayan, ağ rəngli geyimdə olan şəxs tərəfindən idarə olunduğu müəyyən edilmişdir. Şikayət verən şəxs heç vaxt ağ geyimdən istifadə etmədiyini, avtomobili idarə edən şəxslə onun xarici görünüşünün fərqli olduğunu, onun idarəetmə hüququ məhdudlaşdırıldığı vaxtdan heç vaxt avtomobil sürmədiyini, həmin avtomobili onun mülkiyyətçisi tərəfindən idarə edildiyini və avtomobilin məhz onun tərəfindən idarə edilməsinə dair hər hansı bir sübut təqdim edilmədiyini bildirmiş, avtomobilin idarə edilməsinə dair sonuncu etibarnamənin onun adına rəsmiləşdirilməsi səbəbindən inzibati xəta haqqında protokol da məhz onun barəsində tərtib olunmuşdur. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərar iş üzrə əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmadan qəbul edilmişdir. Belə ki, həmin vaxt avtomobilin şikayətçi X3 tərəfindən idarə edilməsi halı mövcud olmamışdır və buna görə də Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ24892971 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına EQ24892971 nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-165/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-165/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver