Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1650/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron – Xızı regional Şöbəsinin (bundan sonra mətndə X5 Xidmətinin Abşeron – Xızı regional Şöbəsi) baş əmək müfəttişi X6 tərəfindən 16 iyun 2022-ci il tarixdə hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs QSC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hümmətov Sarxan Silyan oğlu Cəmiyyətin Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsi ünvanında yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şəxs QSC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərdi ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hümmətov Sarxan Silyan oğlu cəmiyyətin Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsi ünvanında yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil izahatında göstərdi ki, Hümmətov Sarxan Silyan oğlu 29 aprel 2022-ci il tarixdə ərizə ilə Şəxs QSC-yə müraciət edərək 04 may 2022-ci il tarixdən orada kəsici vəzifəsinə işə qəbul olmaq istədiyini və onunla 15 gün sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanmasını istəmişdir. İşçi 04 may 2022-ci il tarixdə işə başladığı zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı müvafiq qaydada təlimatlandırılmış, təlimat jurnalları işçi tərəfindən imzalanmışdır. Həmin gün Cəmiyyətin İnsan Resursları Şöbəsi tərəfindən bir neçə işçinin əmək müqaviləsinə xitam verilmiş və bütün əmək müqavilələrinə xitam verilməsi ilə bağlı məlumatlar elektron iformasiya sisteminə daxil edilmişdir. Lakin həmin gün elektron informasiya sistemində uzun müddətli nasazlıq yarandığı üçün Hümmətov Sarxan Silyan oğlunun əmək müqaviləsinin bağlanmasına dair bildiriş elektron informasiya sisteminə daxil edilə bilməmişdir. İşçi ilə əmək müqaviləsinin bağlanmasına dair biliriş elektron informasiya sisteminə ancaq 05 may 2022-ci il tarixdə daxil edilə bilmişdir. X8 Silyan oğlu işə başladığı vaxtdan təxminən 3 saat sonra işlədiyi istehsalat sahəsində propan qaz balonunun partlaması nəticəsində ağır xəsarətlər almış, xəstəxanaya çatdırılarkən yolda vəfat etmişdir. 04 may 2022-ci il tarixində elektron informasiya sistemində baş vermiş olan texniki nasazlıq və nahar fasiləsinə yaxın bir vaxtda bu cür bədbaxt hadisənin baş verməsi, hadisənin yaratdığı çaşqınlıq elektron bildirişin imzalanmasının yubanmasına səbəb olmuşdur. Daha əvvəl cəmiyyətin fəaliyyət göstərdiyi tarixdən etibarən müəssisədə hər hansı bir bədbaxt hdisə baş verməmişdir. Həmçinin bildirdi ki, baş vermiş xəta ilə bağlı "xxxx" QSC-nin direktoru barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Belə olan halda isə bir inzibati xəta üzrə həm hüquqi şəxs, həm vəzifəli şəxs barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilməsi əsassızdır. Qeyd olunanlarla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisinin və protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" QSC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və "xxxx" QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan “inzibati tənbeh vermə haqqında” 24 iyun 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, "xxxx" QSC-nin icraçı direktoru X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin (Hümmətov Sarxan Silyan oğlu) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4500 (dörd min beş yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Hümmətov Sarxan Silyan oğlu tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 29 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o, 04 may 2022-ci il tarixinən "xxxx" QSC-də 15 (on beş) təqvim günü sınaq müddəti müəyyən edilməklə kəsici işinə qəbul edilməsini və onunla mmüddətli əmək müqaviləsi bağlanılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin icraçı direktoru M.M.İbrahimov tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli əmrdən görünür ki, 04.05.202-ci il taraixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən ilk 15 (on beş) gün sınaq müddəti təyin olunmaqla, xx.xx.2022-ci il tarixədək cəmiyətdə müddətli kəsici vəzifəsinə/peşəsinə işə qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi "xxxx" QSC-nin icraçı direktoru X4 və Hümmətov Sarxan Silyan oğlu tərəfindən imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi bildirişi sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan DOST X1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində texniki nasazlıq qeydə alınmamışdır. İnzibati iş materiallarında olan “X5 Xidməti”-nin məlumat vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-16:00 radələrində propan qazının partlaması nəticəsində Hümmətov Sarxan Silyan oğlu Sumqayıt şəhər Xəstəxanasına aparılarkən dünyasını dəyişmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hümmətov Sarxan Silyan oğlu cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X10 Silyan oğlunun bədbəxt hadisə nəticəsində ölmündən bir gün sonra "xxxx" QSC Hümmətov Sarxan Silyan oğlu ilə bağladığı əmək müqaviləsinin bildirişini xx.xx.2022-ci il tarixdə sistemə yerləşdirmişdir. Bu isə işçinin əmək müqaviləsi bağlamadan işə cəlb etməsinin sübutudur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Hümmətov Sarxan Silyan oğlu tərəfindən Şəxs QSC-yə ərizə 29 aprel 2022-ci il tarixdə ünvanlanmış və onun işə qəbul edilməsi barədə "xxxx" QSC-nin icraçı direktoru X4 tərəfindən 29 aprel 2022-ci il tarixdə əmr verilmişdir. Göründüyü kimi, Şəxs QSC tərəfindən əmək müqaviləsinin sistemə yerləşdirilməsi üçün kifayət qədər vaxt olsa da, yalnız 05 may 2022-ci il tarixdə Hümmətov Sarxan Silyan oğlunun bədbəxt hadisə nəticəsində vəfat etməsindən sonra əmək müqaviləsi elektron sistemə yerləşdirilmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs QSC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X5 Xidməti «Şəxs QSC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs QSC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs QSC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Tuğ zavod qəsəbəsi olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1650/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1650/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver