Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1650/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi ilə, Tərəflərin iştirakı olmadan, 10.0.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:41 radələrində “Chevrolet Cruze minik” markalı, **-QE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Şəhanə şadlıq sarayının yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X10 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək bildirdi ki, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan baxılmasını və cərimə olunmasını xahiş edir. Ötən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, hadisə xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Şəhanə şadlıq sarayının yaxınlığında baş vermişdir. Belə ki, o, öz avtomobili ilə 50-55 km/saat sürətlə hərəkət etdiyi zaman Xəlifə şadlıq sarayı tərəfdən qarşı yolla hərəkət edən avtomobil ani olaraq onun qarşısına çıxmışdır. O, əl əyləcindən istifadə etməsinə baxmayaraq həmin avtomobilin sağ təkər və qapı tərəfinə çırpılmışdır. Hadisə nəticəsində sinəsindən xəsarət almış, dərhal xəstəxanaya yerləşdirilmiş, lakin öz istəyi ilə axşam evə buraxılmışdır. Bir ay müddətində evdə yatılı vəziyyətdə qalmışdır. Buna baxmayaraq hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və “Chevrolet Cruze minik” markalı, **-QE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 707 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin ön səthinin dərialı hematoması, həmçinin döş qəfəsinin sol yan səthinin geniş ölçülü qançırı. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 22.05.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hal qismində 02 azyaşlı övladının olması, zərərçəkmiş şəxsin şikayətinin olmaması nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar qismində ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1650/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1650/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver