Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1655/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Elvin İmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2086-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Elvin İmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:35 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon, 35 saylı məktəbin qarşısında ucadan səsküy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Elvin İmanov bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:35 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon, 35 saylı məktəbin qarşısında ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində dostu Rahim zəng vuraraq onu öz yaşadığı ünvan 2 ünvana getmişdir. Rahim bir nəfər tanımadığı şəxslə onun yanına gəlib özünün əməliyyata ehtiyac olduğunu bildirərək dərdləşmək istədiyi üçün onu çağırdığını demişdir. Onlar təxminən 20 dəqiqə söhbət etdikdən sonra Rahimə artıq gec olduğunu evə getməli olduğunu bildirərək onu yola salmasını demişdir. Onlar gəzə-gəzə 18 mkr 35 saylı məktəbin qarşısına çatan zaman PPXT-nin əməkdaşları onları görüb yaxınlaşmışdır. Özlərini təqdim edərək üstlərinə baxış keçirən zaman Rahim və yanındakı şəxs qaçmışlar, Polis onlardan şübhələndiyi üçün onu Pb-nə aparmaq istəmiş, o isə onlarla mübahisə edib, bunun səbəbini soruşmuşdur. Əməlindən peşimandır. Bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən polis serjantı X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 02:35 radələrində polis serjantı Elvin Xasayzadə ilə birlikdə birgə xidmətdə olarkən Sumqayıt şəhər, 18-ci mikrorayon, 35 saylı məktəbin qarşısında 3 nəfər şəxsin özünü şübhəli apardıqlaı üçün onlara yaxınlaşmaq istədikdə, iki nəfər şəxs onları görüb qaçmışdır. Digər bir nəfərə isə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi polis bölməsinə gətirmək istədikdə səs-küy salaraq polisin qanuni tgələblərinə məhəl qoymamışdır. Həmin şəxsi ərazi aidiyyatı üzrə Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nə aparıb təhvil vermişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid polis serjantı X2 izahatında digər şahid X3 izahatında göstərdiklərini təsdiq etmiş və onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 1088 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Sumqayıt şəhər, 18-ci mikrorayon, 35 saylı məktəbin qarşısında polis əməkdaşları ilə mübahisə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşiman olmasıdır, əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 20 iyun 2022-ci il tarixdə, saat 03:50də tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 1-cü PB tərəfindən xx.xx.2022-ci il tarixdə saat 03:50-də tutularaq xx.xx.2022-ci il tarixə saat 10:30-dək saxlanması nəzərə alınsın və üzərində 150 (yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-1655/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1655/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver