Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1656/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızının, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 21 iyun 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini üzrüsüz səbəbdən icra etməmişdir. Hal-hazırda borc 1.866,00 manat təşkil edir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment Şəxs alınaraq Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına ödənilməlidir. 2021-ci ildə aliment borcu 1.745,00 manat təşkil etdiyinən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə iznibati xəta haqında protokol tərtib edilmişdir. 2021-ci il tarixdə onun barəsində olan inzibati xəta haqqında protokola aliment ödənişi ilə bağlı xitam verilmişdir. Hal-hazırda aliment borcu 1.866,00 manat təşkil edir. Borclunun icra sənədi üzrə mütəmadi ödənişləri demək olar ki 2022-ci ilin hər ayında olmuşdur. İyun ayının əvvəlində 70 manat, bu gün də 70 manat ödəniş olmuşdur. Tələbkarın şikayəti əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızı izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment Şəxs alınaraq ona ödənilməlidir. 2021-ci il tarixdə onun barəsində olan inzibati xəta haqqında protokola aliment ödənişi ilə bağlı xitam verilmişdir. 2022-ci ildə aliment ödənişləri olsa da halhazırda aliment borcu onun hesablamasına görə 1.866,00 manat təşkil edir. Həmi borc 2021-ci ildən əvvələ yığılan borcdur. O, yığılmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Borc ödənməsə Şəxs həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment ondan alınaraq Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına ödənilməlidir. Hazırda yığılmış aliment borcundan ödəniş etməyə maddi imkanı yoxdur. Lakin o mütəmadi aliment ödənişləri etmişdir. Sonuncu ailemt ödənişləri 2022-ci ilin yanvar, fevral və mart, iyun aylarında olmuşdur. İyun ayında 2 dəfə 70 manat olmaqla 140 manat aliment ödəmişdir. Respublikada yaranmış karantin dövrü zamanı o, heç bir yerdə işləməmiş, onun şəxsiyyət vəsiqəsini tələbkarın qardaşı girov kimi özündə saxladığından heç yerə işə düzələ bilməmişdir, bu səbəblə də aliment borcu yığılmışdır. O, aliment ödənişindən boyun qaçırmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1745 manat aliment borcu ilə əlaqədar 2021-ci ilin noyabr ayında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da məhkəmə qərarı ilə sonuncunun əməlində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Hazırda isə aliment borcu 1866 manat təşkil etsə də, 2022-ci ildə Şəxs mütəmadi aliment ədənişləri etmişdir. İşin qeyd edilən halları Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilmədiyindən məhkəmə o nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1656/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1656/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver