Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1657/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiala işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati protokol və ona əlavə edilmiş sənədləri işin məhkəməyə hazırlanması mərhələsində hüquqi qiymət verərək hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun məhkəməyə göndərilməsinə dair Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli müşayiət məktubu və xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, MMC istifadəsində olan Vaz 21214 markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 (sürücülük vəsiqəsi AE035793) barəsində yol vərəqəsinə dair məlumatları xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair) Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin X1 (MİS) daxil edilməmişdir. Hal-hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmış, qeyd olunan cərimənin sürücü tərəfindən ödənilməsi təmin edilmişdir. Göründüyü kimi protokol tərtib etmiş orqanın öz məlumatına əsasən iş üzrə inzibati xəta hadisəsi mövcud olmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol yanlışlıq səbəbindən (texniki səhv) tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil, ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1657/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1657/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver