Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1663/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqların birində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis eytenantı Elsevər Ələkbərzadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli raport əsasında araşdırılma aparılmış, nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Şəxs həyat yolşdaşı X2 polis əməkdaşları tərəfindən izahatı alınanan zaman xidməti otaqda olan polis əməkdaşları ona otağdan çıxmasını bildirmişlər. Lakin o, otağı tərk etməmiş, yoldaşı ilə birlikə qalacağını bildirmişdir.Bundan sonra isə həyat yoldaşını döyməyə başlamışdır. Polis əməkdaşları onları zorla ayrımışlar, lakin vətəndaş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Sumqayıt ŞPİ-nin 1-ci PB-də izahat verən zaman onu əsəbiləşdirmiş, bu zaman o özündən çıxaraq yoldaşını vurmuşdur. Həmin zaman polis əməkdaşları onu saxlamışlar, əvvəlcə arvadını döyməsinə görə protokol tərtib olunacağı ona bildirilmiş, lakin sonradan polisə tabesizlik göstərilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Onun tərəfindən polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hesab edir ki, polis əməkdaşları hər hansı marağa görə ona qarşı qərəzli mövqedə olmuşlar. Buna görə də, barəsində inzibati icraat qaydasında aparılan icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə izahat verməsi üçün həyat yoldaşı Şəxs ilə birlikdə Sumqayıt şəhəri 1-ci Polis Bölməsində olmuşdur. Həmin zaman polislərlə özü danışdığı və yoldaşının danışmasına şərait yaratmadığı üçün yoldaşı onu vurmuşdur. Bundan sonra polis əməkdaşları onun yoldaşını həbs etmişlər, o nəyə görə yoldaşını tutduqlarını soruşduqda isə ona iki saat sonra onu buraxacaqlarını bildirmişlər. O isə polis əməkdaşlarına yoldaşının onu vurmasından şikayətçi olmadığını, bununla bağlı ərizə yazmayacağını, bu səbəbdən də onun buraxmalarını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materillarında olan 21 iyun 2022-ci il tarixli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə xx.xx.2022-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 10:50-də isə azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs və dindirilmiş şahidin izahatda onun xx.xx.2022-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Bundan başqa inzibati materialin məhkəməyə göndərilməsinə dair müşayət məktubda, inzibati protokolda, tutma haqqında protokolda Şəxs törətdiyi ehtimal olunan inzibati xətanın tövsifedici əlaməti kimi aşkar sürətdə düzəliş edildikdən sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin qeyd olunması və həmin düzəlişin edilməsi səbəbinin izah edilməməsi, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu şübhə altına alır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1663/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1663/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver