Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1663/2024 17.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-X4 Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, yataqxana, ev 41, mənzil 62 qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolla və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixində X3 300 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokol tərtib edən şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis mayoru X5 göstərdi ki, xx.xx.2024-cü il tarixdə X4 Şəxs tərəfindən aldadılaraq dələduzluq yolu ilə 300 manat pulunu ələ keçirməsi ilə bağlı İXM-nin 227-ci maddəsinə əsasən qəbul olunmuş qərarın icrası ilə bağlı Şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilərək, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, götürdüyü sifarişlər əsasında Dubaydan avtoehtiyyat hissələrini gətirib müştərilərə çatdırmaqla məşğul olur. Təxminən iyun ayının əvvəllərinə Elvin adlı müştəri ona yazaraq nömrəsini facebook üzərindən tapdığını, onun üçün X10 markalı avtomobil üçün 7 yerlik oturacaq gətirməyini istəmiş, o həmin oturacağın Bakı şəhərinə gətirilib təhvil verilməsinin 2-3 həftə ərzində olacağını və cəmi 600 manat edəcəyini ona bildirib ödənişin 50 faizini ilkin olaraq ödəməli olduğunu demişdir. Elvin adlı şəxs də onun kapitalbank kartına 300 manat göndərmiş, o həmin sifarişi 10 iyun 2024-cü il tarixdə Dubayda iş birliyi etdiyi şəxsin M10 hesabına 150 manat bir, 150 manat bir olmaqla göndərmiş, lakin Dubaydan həmin malların göndərilməsi 10 gün ərzində gecikmişdir. Oradakı gecikmə ilə sifarişlərin Azərbaycana gəlib çatması xx.xx.2024-cü il tarixdə olmalı imiş. O ərəfələrdə Elvin onunla danışarkən, o Elvinə bütün vəziyyəti aydınlığı ilə izah etmişdir. Deyib ki, əgər gözləyə bilmirsə o həmin mala geri qaytarma vurub və ödədiyi məbləği onun hesabına qaytarılsın, o da pulu ona ödəsin. Elvin də razılaşmışdır. Lakin sonradan Elvinin onun barəsində polisə şikayət etməsi səbəbindən o, pulu geri qaytarılmasını gecikdirmişdir. Hazırda o, 12 iyul tarixindən işə düzəlmiş və ayın sonu aylıq əmək haqqısını alaraq zərərçəkmişə dəymiş ziyanı ödəyəcəkdir. Ona görə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs səmimi etirafını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs- X6 izahatında göstərdi ki, ona 7 yerlik oturacaq lazım olduğundan o bununla bağlı facebook sosial şəbəkəsində paylaşım etmiş, orada bir nəfər tanımadığı şəxs facebook üzərindən ona yazaraq, Şəxs mobil nömrəsini verib bu şəxsin Dubaydan ehtiyyat hissələr gətirmə işi ilə məşğul olduğunu və ona kömək edə biləcəyini demiş, o da Mehdi adlı şəxslə əlaqə saxlayıb telefonla danışaraq sifariş vermiş, Mehdi adlı şəxs sözü gedən sifarişi 2-3 həftə ərzində Dubaydan gətirdə biləcəyini, bunun üçünsə məhsulun yarısını, yəni 300 manat beh olaraq göndərməsini istəmiş, o da Mehdi adlı şəxsə inanıb 300 manat onun kart hesabına beh olaraq göndərmiş, lakin Mehdi adlı şəxs dediyi müddətə 7 yerlik oturacağı gətirib çatdırmamış, səbəb kimi malın gec göndərilməsi və bu kimi bəhanələr gətirmişdir. Sonda Mehdinin onu aldatdığını başa düşərək polisə müraciət etmişdir. Hazırda inzibati xəta törətmiş şəxslə barışmamış və ona qarşı şikayətçidir. Məhkəmə protokolu tərtib etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və şikayət verən şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. İşdə olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh həbs edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 17 iyul 2024-cü il tarixindən, saat 14:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1663/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1663/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver