Məhkəmə qərarları › İş №3(060)-1664/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1664/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1664/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1" X3 inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1" Publik Hüquqi şəxsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, ünvan 1 məhəllə 44 ünvanında Şəxs MMC-də plandankənar yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti aşkar olunmuşdur . İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 12 saylı yoxlama aktından görünür ki, "Şəxs" MMC-də dezinfeksiya və sterilizasiyaya dair mövcud təlimatların tələblərinə tam riayət edilmir. Əməliyyat blokunda sanitariya keçidinə dair tələblər gözlənilmir. Tibbi tullantıların toplanıb kənarlaşdırılması lazımi qaydada təşkil edilməmiş, tibbi tullantıların daşınıb utilizasiyasına dair müvafiq müqavilə komissiyaya təqdim edilməmişdir. Təqdim olunmuş 30 nəfər tibb işçisinin şəxsi işlərinə baxış keçirilmiş, onlardan 5 nəfərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi komissiyaya təqdim edilməmişdir. Lisenziya şərtlərinə riayət olunma sualı üzrə araşdırma zamanı müəyyən edildi ki, Şəxs yuxarıda göstərilən məsələlər üzrə nöqsanlar aşkar edilmişdir. Klinikada lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Belə ki, klinikada nüvə-maqnit rezonans müayinəsi aparılması üçün müvafiq avadanlıq qurulmuş və istifadə olunmuşdur. Bundan başqa stasionar şəraitdə travmotoloji əməliyyatların aparılması halları müəyyən edilmişdir . Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan -Şəxs MMC-nin və protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1" X3 nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Şəxs MMC-nin direktoru X2 protokol tərtib edilməsində iştirak etmiş, inzibati xətaya yol verildiyini qəbul edərək aradan qaldırılacağı ilə bağlı protokolda qeyd etmiş, protokolun surətini almış, hər hansı etirazı olmamışdır. Ona görə də, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli KY201473821 saylı çıxarışdan görünür ki, plandankənar yoxlamanın əsas səbəbi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi olmuşdur. İş materiallarında olan əmək müqaviləsi bağlanması ilə bağlı bildirişdən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X2 "Şəxs" MMC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7000 (yeddi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar