Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1665/2023 07.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1972-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində nalayiq ifadələr işlədərək inzibati xəta hadisəsi törətmiş, ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Ramin Musayev tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, inzibati xəta hadisəsi törətmişdir. Həmin vaxt ətrafda başqa şəxslər olmuş, Şəxs səsinə yığışmış və ona diqqət etmişlər. Bunu təsdiq edən videogörüntülər də vardır. Buna görə də məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən avtodayanacağın yaxınlığında özünə məxsus olan avtomaşını ilə gedən zaman bir Mercedes markalı avtomaşın yolu kəsdiyindən o da əsəbiləşib maşının içərisindən yüksək səslə demişdir ki, niyə yolu kəsmisən. Həmin avtomaşının sahibi ona yaxınlaşaraq bildirmişdir ki, niyə uca səslə qışqırırsan və o da həmin vaxt əsəbi olduğundan səbrini saxlaya bilməyərək onunla söz mübahisəsi etmişdir. Orada olan sakinlər onu sakitləşdirərək oradan kənarlaşdırmışlar. Həmin şəxs polis əməkdaşı olduğundan oraya polis əməkdaşları gəlmişlər və onu bu hərəkətlərinə görə polis idarəsinə dəvət etmişlər. O sonradan mübahisə etdiyi şəxsin Möhübbət adlı polis işçisi olduğunu bilmişdir. Ondan üzrxahlıq etmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Şahin Xanbala oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid izahat verərək bildirdi ki, o xx.xx.2023-cü il tarixdə saat təxminən 11:10 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Bakı küçəsində avtobus dayanacığının yaxınlığında özünə məxsus Mercedes markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayaraq tanıdığı Nüsrət adlı şəxsə yaxınlaşaraq təxminən 2 dəqiqə söhbət etmişdir. Bu zaman avtomaşının yanında tanımadığı bir nəfərin yüksək səslə qışqırdığını görmüşdür. O dərhal həmin yerə yaxınlaşaraq nə baş verdiyini bilmək istəmişdir. Həmin şəxs ona nalayiq söyüşlərlə maşını niyə belə saxladığını demişdir. O dəfələrlə üzrxahlıq istəməyinə baxmayaraq hücum edərək maşını təpikləmiş, ona tərəf bir neçə yumruq zərbəsi atmışdır. Lakin o başını yana əyərək zərbələrdən xilas olmuşdur. Həmin şəxs maşının sağ yan qapısına bir neçə dəfə təpik vuraraq qapını əzmişdir. Orada olan vətəndaşlar bunu nə qədər kənara çəksələr də, əl çəkməmiş, davam etmişdir. O maşının sürərək həmin yerdən kənarlaşmışdır. Yenə də maşınla dalınca gələrək yol hərəkəti qaydalarını pozaraq yolda onu sıxışdırmağa çalışmışdır. O bu barədə öz rəhbərinə telefonla məruzə etmişdir. Bu zaman polis əməkdaşları gələrək onu polis idarəsinə təhvil vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs ictimai yerdə ictimai qaydanı pozmuşdur, onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Bunu iş materiallarında olan 1 ədəd diskdə olan videogörüntülər də sübut edir. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması və himayəsində 2009cu il təvəllüdlü bir uşağının olmasıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da tutulmuşdur. Buna görə də inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 15:00dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbsin əvvəli 06 iyul 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1665/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1665/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver