Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1672/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə, Bərdə ray., Böyük Qəcər kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə ray., Böyük Qəcər kəndin ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:39 radələrində Sumqayıt şəhəri, Sabir küçəsi ərazisində dönmə işığından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkotesterin nəticəsinə əsasən alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 22 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində VAZ-2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Sumqayıt şəhəri Sahil küçəsində hərəkətdə olan zaman yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşı ona içkili olduğunu söyləmiş, o buna etiraz etmişdir. Bundan sonra polis əməkdaşları avtopatrula əyləşməyi və onlarla birlikdə tibbi müayinədən keçmək üçün getməli olduğunu bildirmiş, o da razılaşaraq polis əməkdaşlarının maşınına əyləşmişdir. Lakin bir qədər getdikdən sonra polis əməkdaşı geri-onu saxladıqları yerə qayıtmışdır. Polis əməkdaşı maşında olan alkotesterdən keçməyi ona təklif etmiş, o isə heç bir etiraz etmədən alkotesterden keçmişdir. O, alkotesterin ekranında görünən nəticəyə baxmamış, lakin polis əməkdaşı ona sərxoş olduğunu söyləmişdir. O spirtli içki qəbul etmədiyini, yalnız dünən günorta saatlarında bir ədəd “GO” energetik içkisi qəbul etdiyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onun avtomobilini xüsusi mühafizə olnan duracağa aparmışlar. Bundan sonra o, əmisi X2 zəng edərək hadisə barədə məlumat vermiş, çağırışından sonra əmisi də, şöbəyə gəlmişdir. Əmisi ilə birlikdə bir qədər şöbədə qaldıqdan sonra təxminən saat 10 radələrində alkoqol müayinəsindən keçmək üçün Sumqayıt Şəhər Narkoloji Mərkəzə gəlmişlər. Burada polis əməkdaşları olmadan onu müayinədən keçirməyin mümkün olmadığını söylədikdən sonra, yenidən əmisi ilə birlikdə şöbəyə qayıdaraq onu saxlayan yol polis əməkdaşını axtarmış, xidmətdə olduğuna görə onu yerində tapmamışdır. Bundan sonra yenidən əmisi ilə birlikdə narkoloji mərkəzə qayıtmış, etirazlarını bildirdikdən sonra onu tibbi müayinədən keçirtmişlər. Bu zaman onun alkoqol sərxoşluğunda olmaması öz əksini tapmışdır. Bildirir ki, o, sərxoş halda avtomobil idarə etməmiş, yalnız hadisədən bir gün qabaq günorta saatlarında energetik içki olan “GO” içmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Qaraxan oğlu Nuruyevin izahatına oxşar izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYP Şöbəsinin inspektoru Altun Qasımov məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan alkotester keçirilməsi barədə 05636 saylı protokoldan görünür ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.717 promil təşkil etmişdir. İş materiallarında əlavə edilmiş Şəxs tərəfindən təqdim edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə 22 iyun 2023-cü il tarixli, 3694 saylı aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 dəqiqədə müayinə edilmiş, alkoqol sərxoşluğu vəziyətində olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən isə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Maddənin dispozisiyasından göründüyü kimi, həmin maddə ilə inzibati məsuliyyət o halda yaranır ki, şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etsin. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, tibbi müayinədən keçirilərkən onun alkoqol və yaxud narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyətində olması müəyyən olunmamışdır. Belə ki, Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 3694 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından da görünür ki, müayinə aparılan zaman Şəxs alkoqol sərxoşluğu faktı aşkar edilməmişdir. Həmçinin AR İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda əks olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli, AP seriyalı ******* №-li protokolda qeyd olunan hallar qeyd edilmədiyindən ittiham tərəfinin əsas sübut olaraq istinad etdiyi alkotester nəticəsinin əldə edildiyi xüsusi texniki vasitənin yoxlama aparılması üçün yararlı olub-olmadığını müəyyən etmək mümkün deyildir. Bundan başqa Şəxs iş materiallarında olan izahatında həkim müayinəsinə ehtiyac olmadığını qeyd etsə də, iş materiallarından görünür ki, 452 nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” protokol tərtib edilmiş, nəticəsi barədə hər hansısa sənəd materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. BU səbəbdən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis baş serjantı Altun Qasımovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1672/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1672/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver