Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1675/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Məmmədzadə (Baloğlanova) Aynur Vaqif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev 1, məhəllə 64 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-0862/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(004)-10346/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədlərinə əsasən toplanmış 13960 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəməyə bildirdi ki, Yasamal Məhkəməsinin 2(004)-0862/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(004)- 10346/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədlərinə əsasən toplanmış 13960 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir. Halhazırda borclunun 13960 manat borcu qalmışdır. 2018-ci ildən bəri Şəxs axtarışdadır. Bu gün tapılın şöbəyə gətirilib. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 2011-ci ildən bəri aliment ödəyir. Daha sonra heç bir yerdə işləmədiyindən ödəyə bilməmişdir. Məşğulluğa işlə bağlı müraciət etsə də, iş təklif olunmamışdır. Xırda-xırda nə işləyirsə ödəməyə çalışır. Bir neçə dəfə tələbkara 1000- 1500 manat aliment ödəməyi təklif etsə də tələbkar qəbul etməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirdi ki, Şəxs hazırda pul təklif edirsə, deməli bundan sonra da ödəməyə çalışacaqdır. Ailəlidir. 1 uşağı var. Həbs edilməsinin heç bir tərəfə xeyri yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Məmmədzadə (Baloğlanova) Aynur Vaqif qızı bildirdi ki, 2011-ci ildən ayrılmışlar. Vüsal ona aliment borcundan 1500 manat ödəniş təklif etmişdir ki, ölkədən getməklə bağlı olan məhdudiyyət aradan qaldırılsın. Hazırda borcu üst-üstə yığılmışdır. Borcunu tam ödəsin, ödəmədiyi halda ona ən ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6862/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 16 noyabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 85 manat və 12 mart 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 75 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-10346/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6862/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Şəxs X3 xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Şəxs 16 noyabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat və 12 mart 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin, habelə xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 80 manatın tutularaq X6 ödənilməsi qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, 13960 manat borcu qalmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 22 iyun 2022-ci il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 22 iyun 2022-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(060)-1675/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1675/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver