Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1676/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis mayoru Zahid Ağayev, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, YAT-6A, Sülh küç, məh.76 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri “Sunset” restoranında polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin PB-nin sahə rəisi, polis mayoru Zahid Ağayev tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Sunset” restoranında ucadan ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsiri bilərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində oğlu ilə birlikdə mütəmadi istirahət etdiyi “Sunset” restoranına getmişdir. Restoranın daimi müştərisi olduğu üçün tanıdığı işçilərlə görüşüb, yemək yemək üçün əyləşmişdir. O, burada yemək yeyib , spirtli içki qəbul etmiş, daha sonra digər masada olan müştərilərdən biri onun ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün aralarında münaqişə baş vermişdir. Səs-küyü eşidən polis əməkdaşları da oraya yaxınlaşmış onu sakitləşdirməyə çalışmışlar. Spirtli içkinin təsirində olduğu və əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə əməl etməmişdir. Hazırda əməlindən peşmandır, ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin 2-ci bölüyünün polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 19:20-radələrində çağırışla “Sunset” restoranına yaxınlaşmış, orada bir nəfər şəxsin yüksək səslə söyüş söyüb, polis əməkdaşlarının yaxasından dartaraq onlara müqavimət göstərdiyini görmüşlər. Onu nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və hərəkətlərinə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin digər əməkdaşı Fədai Məmmədov da şahid X1 ilə eyni məzmunlu izahat verərək, dediklərini təsdiq etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, inzibati xəta törədən şəxs Şəxs və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal xətanı sərxoş vəziyyətdə törətməsi, yüngülləşdirici hal isə əməlindən peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:45-də tutulmuş, 22 iyun 2022-ci il tarixdə saat 10:35-də azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:45-də tutularaq xx.xx.2022-ci il tarixə saat 10:35-dək saxlanması nəzərə alınsın və üzərində 150 (yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-1676/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1676/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver