Məhkəmə qərarları › İş №3(060)-1676/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1676/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1676/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis kapitanı X1 iştirakı ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl ray., Xudafərin st ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, sürücü Şəxs Sumqayıt şəhəri, S.Bədəlbəyli-Çerkassi küçələrinin kəsişməsində idarə etdiyi Hyundai Genesis markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıqforun qadağanedici işığında yolayrıcına daxil olaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis kapitanı X2 bildirdi ki, sürücü Şəxs Sumqayıt şəhəri, S.Bədəlbəyli-Çerkassi küçələrinin kəsişməsində idarə etdiyi Hyundai Genesis markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıqforun qadağanedici işığında hərəkət edərək yolayrıcına daxil olaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Merecdes Benz C180” markalı, **- KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev tərəfindən 24 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanılmasınının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs xəbərdar edilsələr də, onlar məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayevin 24 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs idarə etdiyi Hyundai Genesis markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə təxminən saat 11:15 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində məhəllədaxili yoldan yolayrıcına daxil olmaq istəyən zaman işıqforun qadağanedici işığında yolayrıcına daxil olaraq həmin küçədə üzü Sülh küçəsi istiqamətində hərəkətdə olan Mercedes Benz markalı avtomobillə toqquşmuş və Mercedes Benz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “sol budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sağ əlin İİ və V barmaqlarının yarası” ilə müşayiət edilən “Yüngül” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsindən daxil olmuş ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid bədən xəsarəti aldığından mövcud qanunvericiliyə əsasən toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 180 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthindəa aşağıdakı xəsarətlr aşkar edilmişdir: - “sol budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əzİyi-qançırı, sağ əlin İİ və V barmaqlarının yarası”. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid edilir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etmişdir ki, Hyundai Genesis markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini, 13,02.2023-cü ü tarixdə təxminən saat 11:15 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsində məhəllədaxili yoldan yolayrıcına daxil olmaq istəyən zaman bir qədər fikirli olduğundan işıqforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olmuş və bu zaman həmin küçədə düz istiqamətdə üzü Sülh küçəsi istiqamətində hərəkətdə olan Mercedes Benz markalı avtomobillə toqquşma baş vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2023-cü ü tarixdə təxminən saat 11:15 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Çerkassİ küçəsi ilə üziü Sülh küçəsi istiqamətində təxminən 40-50 km sürətlə hərəkətdə olan zaman Çerkassi küçəsi ilə Sərvər Bədəlbəyli küçələrinin kəsişməsində olan yol ayrıcına daxıl olmaq istədikdə işıqforun yaşıl işığının sönməsinə 2-3 saniyə qaldığını görüb sürəti bir qədər artırmış və yolayrıcına daxil olan zaman solundan yəni Sərvər Bədəlbəyli küçəsində məhəllədaxili yoldan hərəkətdə olduğu Çerkassi küçəsində olan yolayrıcına işıqforun qırmızı işığında daxil olan Hyundai markalı avtomobilin onun avtomobilinin sol orta hişsəsindən vurmuş, daha sonra isə zərbənin təsirindən avtomobilinin yolun sağ kənarında dayanmış, digər avtomobil isə yerində fırlanaraq yolun sağ kənarında olan dirəyə çırpılaraq dayanmış, hadisə baş verdikdən sonra oraya polis əməkdaşlarının gələrək müvafiq sənədləşmə aparmış, təxminən bır neçə saat keçdikdən sonra isə ayağında ağrıları olduğundan müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin inspektoru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar