Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1677/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Türkmənistan Respublikası, Xalaç rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şabran rayonu, Əmirxanlı ərazi dairəsi, Əmirxanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 22 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li və 22 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Sülh küçəsində idarə etdiyi “moskvich minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən uca səslə qışqıraraq ətrafdakı insanları özünə cəlb edərək ictimai qaydanı pozmuş və o, həmçinin xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Sülh küçəsində idarə etdiyi “moskvich minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən, heç bir səbəb olmadan polisin qanuni tələblərinə məhəl qoymamışdır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1677/2022 və 3(060)- 1678/2022 №li işlər bir icraatda 3(060)-1677/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Sülh küçəsində idarə etdiyi “moskvich minik” markalı **-SH- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Sumqayıt şəhər DYPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-nin əməkdaşı ondan sənədləri təqdim etməsini bildirdikdə o, polis əməkdaşına onun sürücülük vəsiqəsi Bakı şəhəri Baş Dövlət Yol Polis bölməsində 12-ci otaqda olduğunu bildirmişdir. Daha sonra YPX-nin əməkdaşı avtomobilin duracağa gedəcəyini bildirdikdə o, buna öz etirazını bildirmişdir. Bu zaman YPX-nin əməkdaşı qeyd olunan əraziyə PPX-dan dəstək istəmiş və PPX-nin əməkdaşları qeyd olunan yerə gəldikdə onu və yanındakı dostunu aidiyyəti üzrə polis bölməsinə, avtomobilini isə müvəqqəti duracağa yerləşdirdilər. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində 2032 çağrışlı avtopatrulla postaçı yoldaşı Sumqayır şəhər Pİ-nin DYPŞnin YPX-nin inspektoru, polis baş serjantı X6 ilə birlikdə Sülh küçəsində xidmətdə olarkən “moskvich minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusunu izah edərək ondan sənədlərin təqdim olunmasını xahiş etmişdir. Sürücü sənədlərin üzərində olmadığını bildirdikdə onun sənədlərini bordkompyuter vasəsi ilə yoxlanıldı və həmin sürücüyə aid avtomobili idarə etməyə etibarnamə olmadığı aşkar edildi. Bu zaman sürcüyə avtomobilin müvəqqəti duracağa aparılacağını bildirdikdə o, heçbir səbəb olmadan uca səslə qışqıraraq ətrafdakı insanları özünə cəlb edərək onlara hədə-qorxu gəlməyə başladı. Sürücünü nizam intizama dəvət etsələrdə o polisin qanuni tələblərinə qəstlə məhəl qoymamışdır. Bu zaman yaxınlıqda xidmət aparan PPX-nin əməkdaşlarını köməyə çağırmışlar və PPX-nin əməkdaşları qeyd olunan əraziyə gələrək sürücü və onun yanındakı şəxsi aidiyyəti üzrə polis bölməsinə apardılar. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində 2032 çağrışlı avtopatrulla postaçı yoldaşı Sumqayır şəhər Pİ-nin DYPŞnin YPX-nin inspektoru, polis baş serjantı X8 ilə birlikdə Sülh küçəsində xidmətdə olarkən “moskvich minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilini postaçı yoldaşı tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusunu izah edərək ondan sənədlərin təqdim olunmasını xahiş etmişdir. Sürücü sənədlərin üzərində olmadığını bildirdikdə onun sənədlərini bordkompyuter vasəsi ilə yoxlanıldı və həmin sürücüyə aid avtomobili idarə etməyə etibarnamə olmadığı aşkar edildi. Bu zaman sürcüyə avtomobilin müvəqqəti duracağa aparılacağını bildirdikdə o, heçbir səbəb olmadan uca səslə qışqıraraq ətrafdakı insanları özünə cəlb edərək onlara hədə-qorxu gəlməyə başladı. Sürücünü nizam intizama dəvət etsələrdə o polisin qanuni tələblərinə qəstlə məhəl qoymamışdır. Bu zaman yaxınlıqda xidmət aparan PPX-nin əməkdaşlarını köməyə çağırmışlar və PPX-nin əməkdaşları qeyd olunan əraziyə gələrək sürücü və onun yanındakı şəxsi aidiyyəti üzrə polis bölməsinə apardılar. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:00-da inzibati qaydada tutulmuş və xx.xx.2022-c il tarixdə, saat 16:00-da azad olunmuşdur İş materiallarında olan və məhkəmə baxışı zamanı baxış keçirilmiş 22 iyun 2022-ci il tarixdə Şəxs Sumqayıt şəhər DYP-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmasını qeydə alınmış video görüntülərdə də şahidlər X5 və X3 izahatlarında göstərdikləri bir daha təsdiq olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1677/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1677/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver