Məhkəmə qərarları › İş №3(060)-1677/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1677/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1677/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-X8 Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2004-cü ildə Göyçay rayonu, Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan (FİN xxxxxxx) Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolla və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixində saat 17 radələrində Novxanı ərazisində “Dəniz” ailəvi istirahət mərkəzində içərisində Redmi 10C, Redmi 10 A markalı telefon, bank kartları olan çantanı oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokol tərtib edən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X6 göstərdi ki, xx.xx.2024-cü il tarixində saat 17 radələrində Novxanı ərazisində “Dəniz” ailəvi istirahət mərkəzində içərisində Redmi 10C, Redmi 10 A markalı telefon, bank kartları olan çantanı oğurlanması ilə bağlı İXM-nin 227-ci maddəsinə əsasən qəbul olunmuş qərarın icrası ilə bağlı Şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilərək, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixində saat 17 radələrində Novxanı ərazisində “Dəniz” ailəvi istirahət mərkəzində içərisində Redmi 10C, Redmi 10 A markalı telefon, bank kartları olan çantanı oğurlamışdır. Həmin telefonları 110 manat dəyərində sataraq öz ehtiyacı üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Ata İntiqam oğlunun səmimi etirafını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs- X11 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixində təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən dəniz ailəvi istirahət mərkəzinin çimərliyindən ona məxsus qara rəngli idman çantası sonradan adını bildiyi Ata Məmmədov tərəfindən oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, inzibati xəta törətmiş şəxslə barışmamış və ona qarşı şikayətçidir. Məhkəmə protokolu tərtib etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və şikayət verən şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh həbs edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X4 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs Sumqayıt şəhər ŞPİ-nin 1-ci Polis Bölməsində xx.xx.2024-cü il tarixdən saat 22.00-dan xx.xx.2024-cü il saat 17.00-dək müvəqqəti saxlanılmışdır. Odur ki, Şəxs barəsində inzibati həbs cəzası tətbiq edilərkən, onun Sumqayıt şəhər ŞPİ-nin 1-ci Polis Bölməsində müvəqqəti saxlanılması nəzərə alınmaqla, ona qəti olaraq 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs cəzası təyin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Şəxs təyin edilmiş inzibati həbsdən onun xx.xx.2024-cü il tarixdən saat 22.00-dan xx.xx.2024-cü il saat 17.00-dək Sumqayıt şəhər ŞPİ-nin 1-ci Polis Bölməsində müvəqqəti saxlanılması çıxılsın və ona qəti olaraq 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs cəzası təyin edilsin. İnzibati həbsin əvvəli 18 iyul 2024-cü il tarixindən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar