Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1678/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin SRDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsinin inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional X3 İdarəsi tərəfindən Şəxs MTK (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Dəniz kənarı, Bulvar ərazisində yerləşən Şəxs MTK-da planlı yanğın texniki müayinə zamanı YTQ № 01-2001 b 3.1-3.12 və b 10.1-10.4 tələbləri pozulmuş bu səbəbdən Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsinin inspektoru X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü tarixli KY ********* nömrəli Çıxarışa və Sumqayıt regional DYNİ-nin xx.xx.2024-cü il tarixli 1689 nömrəli yanğın-texniki müayinənin aparılması haqqında qərara əsasən Sumqayıt şəhəri, Dəniz kənarı, Bulvar ərazisində yerləşən Şəxs MTK-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmış və həmin çıxarışa və qərara əsasən adı çəkilən obyetktdə yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixdə Şəxs MTK-da baxış keçirilməsi nəticəsində bir sıra pozuntular aşkar edilmişdir ki, həmin pozuntular yoxlayıcı özü tərəfindən imzalanan müvafiq aktda öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixli, 1689 saylı “Yanğın-texniki müayinə” aktına əsasən ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilmədiyi, yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinin pozulduğu aşkar edilmişdir. Bu barədə həmin tarixli, 1689 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Bu faktlarla əlaqədar müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MTK barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilərək qeyd etdi ki, həqiqətən də “Yanğın-texniki müayinə” aktında qeyd olunan pozuntular Şəxs MTK-da aşkar edilmişdir. Qeyd edir ki, aktda qeyd olunan bir sıra pozuntular aradan qaldırılmış, digər pozuntuların aradan qaldırılması üçün onlara qısa müddət lazımdır. Qeyd olunanların nəzərə alınmasını və bütün pozuntuların aradan qaldırılması üçün onlara vaxt verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt regional DYNİ-nin 1689 saylı, xx.xx.2024-cü il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, Dəniz kənarı, Bulvar ərazisində yerləşən Şəxs MTK-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Sumqayıt şəhəri, Dəniz kənarı, Bulvar ərazisində yerləşən Şəxs MTK-da qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2024-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. xx.xx.2024-cü il tarixli, 1689 saylı “Yanğın-texniki müayinə” aktına Sumqayıt şəhəri, Dəniz kənarı, Bulvar ərazisində yerləşən Şəxs MTK-da ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilmədiyi, yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinin pozulduğu aşkar edilmişdir. Bu barədə həmin tarixli, 1689 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Həmçinin inzibati işin materiallarına 07 ədəd fotoşəkil əlavə edilmişdir. İXM-nin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 1689 nömrəli yanğın-texniki müayinə aktında qeyd olunmuş hər bir pozuntunun Şəxs MTK-da aşkar edilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş SRDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı Rəcəb Salamovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MTK-nın İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmədə Şəxs MTK-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyətdə Şəxs MTK barəsində inzibati cərimənin şərti olaraq təyin edilməsi məqsədəmüvafiqdir. İXM-nin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs MTK (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs MTK-nın törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsinə məlumat verilməsi üçün 25 gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1678/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1678/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver