Məhkəmə qərarları › İş №3(060)-1682/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1682/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1682/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Baş Pokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Baş Pokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanının ünvan 1t Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin, materiallara əlavə edilmiş Dövlət Vergi Xidmətinin saytından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 Şəxs MMC-nin hüquqi ünvanı deyil, qeyd edilən ünvan həmin MMC-nin vergi uçotuna alındığı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ünvanıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3i inzibati xətanın törədilmə yeri Şəxs MMC-nin hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Baş Pokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar