Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1683/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenatı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili – X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, fərdi əmək ilə məşğul olan, ailəli, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə 18 iyul 2024-cü il tarixli, MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Novxanı qəsəbəsi, Neptun çimərliyindən X4 məxsus arxasında 21 manat olan 1 ədəd Redmi Note 11 markalı telefon oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt toplanmış material ilə təsdiq edilir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenatı X5 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Novxanı qəsəbəsi, Neptun çimərliyindən X4 məxsus arxasında 21 manat olan 1 ədəd Redmi Note 11 markalı telefon oğurlamışdır. Ona görə də protokol tərtib olunmuşdur. PB-nə gətirilmiş və əməlini etiraf etmişdir. Ayın 16-sı inzibati qaydada tutulmuş, daha sonra isə azad edilmişdir. Dünən protokolu məhkəməyə gətirmiş, lakin natamam olduğuna görə geri qaytarılmışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, dostu ilə dənizə getmişdir. Saat 6 və yaxud 7 radələrində birgə dənizə girmişlər. Çıxarkən telefonun olmadığını görmüşlər. Yığmış, zəng çatmamışdır. Polisə müraciət etmişdir. 300-400 manat qiyməti olardı. Dörd ay olar ki, telefonu almışdır. Telefonun arxasında 21 manat pul da olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etdi ki, Neptunda qarğıdalı satır. Note 11 markalı telefonu qumun içərisindən tapmışdır. Telefonun arxasında 21 manat pul da olmuşdur. Həmin günün səhərisi aparıb-satmışdır. Elə Neptunda da tutulmuşdur. Əməlindən peşmandır. O, bir telefon götürmüşdür. İmkanı yoxdur. Onu da 50 manata satmışdır. Səmimi etirafını nəzərə alaraq onun haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 izahatında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğurluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22:00-da tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 17:00-da azad olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə göstərilənlərə əsasən Şəxs şəxsiyyətini, törədilmiş əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 iyul 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X8 tərəfindən göstərilmiş 02 saat hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: AYNUR BEHBUDOVA
Məhkəmə qərarları › İş №3(060)-1683/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1683/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver