Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1684/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Kənan Məmmədov tərəfindən 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AB 657289 saylı sürücülük vəsiqəsi ilə **-TL-*** dövlət qeydiyyat nişanlı “Vaz 2109 minik” markalı avtomobili idarə edən Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanıldı. Yoxlama zamanı sərxoş olması aşkar olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 07 iyun 2021-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi tələb etdiyindən işə baxılması 07 iyun 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olnduğu gün o, özünə məxsus avtomobili 08:00 radələrində yaşadığı binanın qarşısından idarə edərək Koroğlu küçəsi ilə hərəkət etmişdir. Həmin vaxt o spirtli içki qəbul etməmişdir. 8-ci mikrorayon ərazisidə avtomobili idarə edərkən avtomobilində nasazlıq yarandığı üçün yolun kənarında saxlayaraq piyada avtomobil ustası çağırmağa getmişdir. Yolda 1 ədəd alkoqolsuz piyvə alıb içmişdir. Təxminən 30 dəqiqə sonra avtomobil ustası Elşad Muradovla birgə avtomobilin yanına gəlmişlər. Usta avtomobili düzəltdikdən sonra usta özü avtomobili test etmək məqsədi ilə avtomobilə əyləşərək idarə etmiş, o isə ustanın yanında əyləşmişdir. Təxminən 200 metr hərəkət etdikdən sonra polis əməkdaşı onları saxlatmış, daha sonra polis əməkdaşı avtomobili ustanın deyil, onun idarə etdiyini bildirmişdir. O, buna etiraz edərək bildirmişdir ki, avtomobili usta idarə etmişdir. Daha sonra polis əməkdşı ondan spirtli içki qəbul etdiyini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Polis əməkdaşı onu müayinədən keçməsi üçün həkim yoxlanışıla bağlı Sumqayıt şəhər Narkoloji Dispanserinə həkim müayinəsindən keçrirtmişlər. Bu barədə akt yazılsa da o buna etiraz etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə təmsil etdiyi şəxsin İXM-ini 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X3 izahatında bildirdi ki, 19.04.2021-ci il tarixdə saat 08:30 radələrində Seymur Xasnkişiyev idarə etdiyi avtomobilin nasaz olduğuna görə avtomobili təmir etməyi ondan xahiş etmişdir. O Seymurla birlikdə piyada avtomobilin xarab olduğu yerə gələrək avtomobildəki nasazlığı aradan qaldırmışdır. Bundan sonra avtomobilin necə işləməsini yoölamaq üçün Seymura məxsus “Vaz 2109” markalı, **-TL-*** dövlət dövlət qeydiyyat nişanlı avtomoblə əyləşərək idarə etmiş, həmin vaxt Seymur onun yanında əyləşmişdir. Yolda Sumqayıt DYPŞ-nin əməkdaşı onları saxlayan zaman sükan arxasında o olmuşdur. Lakin, DYP əməkdaşı onu deyil, Şəxs yoxlmağa başladıqda o, buna etitrazını bildirərək sükan arxasında Şəxs olmadığını bildrimişdir. Daha sonra ona müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati xəta haqqnda protokol tərtib olunmuşdur. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 329.1-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materialında olan Şəxs 16.05.2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs dövlət hesabına müdafiəci təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1684/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadına əsasən, Şəxs dövlət hesabına (müdafiəçi) vəkil təyin edilməsi ilə bağlı qərardad qəbul edilmişdir. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Sumqayıt şəhər polis iadrəsinin rəisinə 19 may 2021-ci il tarixli məktubundan görünür ki, 19.04.2021-ci il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi, 8-ci mikrorayon ərazisində, 35 sylı TPM ilə üzbəüz DYP əməkdaşları tərəfindən “VAZ 2109 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Faktın araşdırılması məqsədi ilə nəqliyyat vasitəsinin kimin tərəfindən idarə olunmasını müəyyənləşdirmək üçün göstərilən vaxtda avtomaşın saxlanılan yerdə qurlaşdırılmış Təhlükəsizlik kameralarının görüntüsündən çıxarışı 07.06.2021-ci il tarixdə, sat 10:00-da Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi qeyd edilmişdir. İş materialında olan Sumqayət şəhər polis idarısi tərəfindən Sumqayıt şəhər məhkəməsinə ünvanlanmış 28.05.2021-ci il tarixli 123-20744-1221 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 19 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, 19 aprel 2021-ci il tarixdə baş vermiş hadisənin video görüntüsü Sumqayıt ŞPİ-nin “Təhlükəsiz Şəhər Xidmətinin” arxivində qalmadığı üçün görüntünü təqdim etmək mümkün olmaması qeyd olunmuşdur. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 2102 №li 19.04.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (19.04.2021-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AB 657289 № li sürücülük vəsiqəsi 09.09.2011-ci ildən 09.09.2021-ci ilədək etibarlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş İXM-nn 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə avtomobili kimin tərəfindən idarə edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin tərəfindən Sumqayıt şəhər polis iadrəsinə 19 may 2021-ci il tarixli məktubla müraciət olunsa da Sumqayət şəhər polis idarısi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, 19 aprel 2021-ci il tarixdə baş vermiş hadisənin video görüntüsü Sumqayıt ŞPİ-nin “Təhlükəsiz Şəhər Xidmətinin” arxivində qalmadığı üçün görüntünü təqdim etmək mümkün olmamışdır. Bununla da Sumqayıt şəhər dövlət yol polis şöbəsi tərəfindən tərtib olunmuş İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan xətanı Şəxs tərəfindən törətməsini sübuta yetirməmişdir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1684/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1684/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver