Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1685/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, zərəçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X5 iştirakları ilə, xx.xx.1972-ci ildə, Kasnoselo rayonunda, Yanıqpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X11 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1 maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN1746637 saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 52845 manat borcu ödəmir, qərar (inzibati məsuliyyət barədə) bir il keçməsinə baxmayaraq yenidən borcunu öddəmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X11 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı icra vərəqəsinə əsasən 52845 manat cavabdeh Şəxs tutularaq iddiaçı X3 verilməlidir. Şəxs iki dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. O, ilkində 500 manat məbləğində cərimə edilmişdir. Həmin məbləğdən 400 manat ödəniş etmişdir. Üç gün bundan öncə borclunun iş yerindən onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məktub gəlmişdir. Onunla yeni əmək müqaviləsi bağlanıb, lakin hələ də sistemdə olmadığından tutma yönəldilə bilmir. Borclu daha sonra inzibati qaydada həbs olunmuşdur. Lakin bu günə kimi tələbkara borcundan heç bir ödəniş etməmişdir. Borclunun yaşayış yerinə baxış keçirilmiş, mülkiyyətində daşınar-daşınmaz əmlak olduğu müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə üzərində payları müəyyən edilmiş mənzili sata bilmir. mənzil üzərindən həbs götürüldükdən sonra mənzili satıb pulun yarısını ödəyəcək. Aylıq maaşı hazırda əvvəlcə 600 manat məbləğində olmuş, snradan 430 manata düşmüşdür. Şəxsi işində problem yaşayır. Evin satılması üçün həmin ev üzərindən həbs götürülməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, borclu barəsində inzibati xəta ilə bağlı tədbir görülməsini istəmir. Ona ödəniş üçün vaxt verəcəkdir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi X1 Fariz Novruz oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra sənədi üzrə tələbkarın və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-1 maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında icra sənədi üzrə zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək, borclu ilə barışığa gəldiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə icra sənədi üzrə zərərçəkmiş şəxs X8 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında razılıq olmuş və icra sənədi üzrə zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur (8.3). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-in 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X9 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №3(060)-1685/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1685/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver