Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1686/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 məhəllə 6 ünvanında qeydiyyatda olan Şəxs barəsindəSumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuşAzərbaycan Respublikası İXM-in 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2244/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X1, xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər birinə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Borclu Şəxs aliment borcunun tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, ödəniş etməmiş və nəticədə 9960 manat borcu yaranmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirdi ki, Sumqayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2244/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X2, xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2013-cü i təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər birinə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Borclu Şəxs aliment borcunun tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, çox az miqdarda, təxminən 1200 manat ödəniş etmiş və nəticədə bugünə 9960 manat borcu yaranmışdır. Buna baxmayaraq Şəxs aliment borcunu ödəməməsi səbəbindən Sumqayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2244/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icrasız qalmışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasındabarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs izahatında göstərdi ki,Sumqayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2244/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən o uşaqlarının saxlanılması üçün hər ay hər birinə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentödəməlidir. İndiyə qədər xəstəliyi ilə əlaqədar 7-8 ay işsiz qalmışdır. Bu səbəbdən alimenti vaxtı-vaxtında ödəyə bilməmişdir. Ona vaxt verilərsə sabaha kimi aliment borcundan 300-400 manat ödəyər. Hal-hazırda sexdə fəhlə işləyir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiriözünün izahatı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 9960 manat aliment borcu var. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən cuzi miqdarda ödəniş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Engel və başqaları Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, hüquq norması cəza qismində azadlıqdan məhrum edilməni nəzərdə tutursa, o intizam hüququ normasından daha çox, cinayət huququ norması kimi qiymətləndirilməlidir. Qanunun aliliyinin qüvvədə olduğu cəmiyyətdə, icrasının xarakterinə, müddətinə və ya üsuluna görə əhəmiyyətli ziyan vuran sayıla bilməyən cəzalar istisna olmaqla, azadlıqdan məhrum etmə növündə cəzalar Konvensiyanın təsir dairəsinə düşməklə müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 törətdiyi inzibati xətanın xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 13:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1686/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1686/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver