Məhkəmə qərarları › İş №3(060)-1689/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1689/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1689/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X1 iştirakları ilə, xx.xx.1980-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 7580,00 (yeddi min beş yüz səksən) ABŞ dolları ödənişi təmin etməmişdir. Daha sonra borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 3(060)-3344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini də ödəməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1689/2022 və 3(060)-1690/2022 №li işlər bir icraatda 3(060)-1689/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 7580,00 (yeddi min beş yüz səksən) ABŞ dolları ödənişi təmin etməmişdir. Daha sonra borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 3(060)-3344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini də ödəməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs çıxışında bildirmişdir ki, həqiqətən də Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Əvvəllər ödənişləri edə bilsə də, sonradan maddi vəziyyəti pis olduğundan ödənişləri edə bilməmiş və nəticədə 7580,00 (yeddi min beş yüz səksən) ABŞ dolları borcu yaranmışdır. Həmin borcuna görə də Sumqayıt şəhər məhkəməsinin 3(060)-3344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə o, 500 manat məbləğində cərimə edilmişdir. Lakin maddi imkanı yaxşı olmadığından, həmin cəriməni də ödəyə bilməmişdir. Məhkəmə iclasından öncə borcundan 500 manat məbləği ödəmişdir, hər ay borcundan 200-300 manat məbləğində ödəniş etməsi ilə bağlı tələbkar ilə razılığa gəlmişdir. Əlavə olaraq da bildirmişdir ki, ikinci qrup əlildir və hal-hazırda tələbkar ilə razılıq əldə etmişdirlər, tələbkarın ona qarşı heç bir tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş icra sənədi üzrə tələbkar izahatında bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə 1 ildən artıq müdətdir ki, heç bir ödəniş aparmamış, lakin məhkəmə iclasından öncə 500 manat ödəniş etmişdir. Hal-hazırda borclu ilə barışıq əldə etmişdir və ona qarşı heç bir tələbi yoxdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, tələbkarı, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 3344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi, tələbkarı, müdafiəçini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 59.1.2-ci maddəsinə əsasən xitam verilməli, 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borclu ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir və onun barəsində inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borclu ilə barışıq əldə etdiyini və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə Şəxs tərəfindən hal-hazırda ödəniş edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görəyüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 28.4.1-ci maddəsinə əsasən “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə İctimai işlər tətbiq oluna bilməz.” Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.” Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 59.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Beləliklə Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, onun hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, yaşını, təqsirinin dərəcəsini və ikinci qrup əlil olmasını nəzərə almalı, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs ikinci qrup əlil olması ilə əlaqədar onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən ictima işlər növündə tənbeh tətbiq edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş çxıarışdan görünür ki , Şəxs əlilliyə görə 130 manat sosial ödəniş alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 59.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nəzərə alınaraq 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar