Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1690/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İcra sənədi üzrə tələbkar - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Ramil Babayevin , Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-4123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8.000 (səkkiz min) ABŞ dolları əsasən borc qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X3 verilməsi qət edilmişdir. İcra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 7580,00 (yeddi min beş yüz səksən) ABŞ dolları ödənişi təmin etməmişdir. Daha sonra borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 3(060)-3344/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini də ödəməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 iyun 2022-ci il tarixli MN seriyalı№li və yenə həmin Məcəllənin 529.2-ci maddəsi ilə 23 iyun 2022-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1689/2022 və 3(060)-1690/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1689/2022 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 iyun 2022-ci il tarixli MN seriyalı№li və yenə həmin Məcəllənin 529.2-ci maddəsi ilə 23 iyun 2022-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1689/2022 və 3(060)-1690/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1689/2022 nömrəsi ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1690/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1690/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver